Konstitusiya Günü - 12 noyabır

Konstitusiya Günü - 12 noyabır
 

Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci il tarixli referendumda qəbul olunub və müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranıb. 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunan Konstitusiya həmin il noyabrın 27-dən qüvvəyə minib. Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 6 fevral 1996-cı ildə isə 12 noyabr Konstitusiya günü elan edilib.

2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Azərbaycanın ilk Konstitusiyası Sovet dövründə, 19 may 1921-ci ildə I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Konstitusiyanın yeni redaksiyası 14 mart 1925-ci ildə IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in sonuncu Konstitusiyası isə 21 aprel 1978-ci ildə qəbul olunub.
Paralel.az

0.027101993560791