Ermənilər Zəngəzur dəhlizinin adını dəyişmək istəyir

Ermənilər Zəngəzur dəhlizinin adını dəyişmək istəyir
 

Paralel.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan ictimai televiziyaya müsahibəsində bildirib ki, Azərbaycan tərəfinə Ermənistan ərazisindən Naxçıvana yol verilməsi məsələsi müzakirə olunur:
"Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən işçi qrup Azərbaycan tərəfinə Ermənistan ərazisindən Naxçıvana yol verilməsi məsələsini müzakirə edirlər. Əgər Azərbaycan ancaq Naxçıvana yol istəyirsə, Xndzoresk-Biçenek yolundan istifadə etmək daha ağılabatandır. Əvəzində biz Xndoresk-Horadiz ərazisini əldə edəcəyik. Lakin bu məsələlər hələ ki, müzakirə olunur".

Qriqoryan qeyd edib ki, söhbət dəhlizdən getmir, yalnız yol verilməsindən gedir. Həmin yolların suverenliyi isə keçd edilən ölkəyə veriləcək.
Akif Nəsirli

0.01328706741333