Mənfur erməni böhtanı:  “Azərbaycan ordusu ruhdan düşüb və zəif vəziyyətdədir”

Mənfur erməni böhtanı:  “Azərbaycan ordusu ruhdan düşüb və zəif vəziyyətdədir”
 

Paralel.az xəbər verir ki, A.Zakaryan Ermənistanın Azərbaycanla heç vaxt danışıqlar aparmadığını bəyan edib. Məğlub ölkənin keçmiş müdafiə rəsmisi Ermənistanın  Minsk qrupu ilə danışıqlar apardığını və  müharibə zamanı beynəlxalq strukturlardan Bakıya adekvat reaksiya olmadığını iddia edib. O, öz adını başqasına qoymağın real nümunəsini sərgiləyib: “Azərbaycan ordusu ruhdan düşüb və daha da zəif vəziyyətdədir. Ermənistanda başqa hökumət olsaydı, azərbaycanlılar danışıqlar masası arxasına əyləşərdilər.
Rusiya ilə mövcud müqavilələri yeniləmək lazımdır. Artsax heç olmasa keçmiş DQMV sərhədləri daxilində bərpa olunmalıdır. Ancaq indiki hakimiyyət altında Artsaxın qalan hissəsi çox tez itirilə bilər.
Qarabağ məsələsinin həlli  gündəmi formalaşana və danışıqlar masasında Ermənistanın əks arqumentləri olana qədər “3+3” formatı Ermənistanın maraqlarını ifadə etməyəcək”.
Nigar

0.013193130493164