40 min yoluxma, 500-dən çox ölüm…
Paralel.az xəbər verir ki, Rusiyadaki mənbənin məlumatına görə, hazırda ölkədə pandemik vəziyyət kritik həddə çatıb. Noyabrın 10-a olan rəsmi məlumata görə, son bir sutka ərzində ölkədə 40 min yeni yoluxma və 500-dən artıq ölüm faktı qeydə alınıb. Hökumətin noyabrın əvvəlində virusa qarşı mübarizə istiqamətində atdığı addımlar da gözlənilən nəticəni verməyib. Bəzi analitiklər isə hesab edirlər ki, pandemik vəziyyətin gərginləşməsi həm də, ölkə ərazisində qanunsuz məskunlaşan miqrantlarla bağlıdır. Onların nə yaşadıqları, nə də dəqiq iş yerləri məlum olmadığlından, vaksinasiyaya cəlb olunmaları da, mümkünsüz bir prosesə çevrilib. Buna görə də onlar könüllü vaksinasiyadan yayına bilbrlər.
Yusif