Vaksinasiya məcburi olsun!
Paralel.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Pyotr Çumakov, belə bir çağırışla hökumətə müraciət edib. O hesab edir ki, yaranmış ağır vəziyyətdən çıxmağın başqa yolu yoxdur. Professor həmçinin qeyd edib ki, ölkə əhalisinin 80 faizi peyvənd olunmalıdır ki, ölkə pandemiyadan çıxa bilsin. Müddət uzandıqca, yeni mutant-ştammlar yaranır ki, bu da əhalinin 90 faiznin peyvənd olunması zərurətini ortaya çıxarır. P.Çumakovun çağırışını dəstəkləyən Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Moraşko da qeyd edib ki, ağır xəstələr arasında peyvənd olunanlar cəmi 0,03 faiz təşkil edir. Rusiya hökuməti isə hansısa səbəbdən bu təklifi qəbul etmək istəmir,-deyə Rusiyaldaki mənbəmiz xəbər verir.
Yusif