Dos.İlham Əhmədov: "Cənubi Koreya möcüzəsi: qüvvət elm və təhsildədir"

Dos.İlham Əhmədov:
 

Bu gün Cənubi Koreya  dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır.  Və bütün bunlar - neft, qaz və qiymətli metallar olmayan,  əhəmiyyətsiz bir ərazidə  mümkün olmuşdur. Və bütün bunlar - sözün əsl mənasında bir nəslin həyatı ərzində,    ən qısa zamanda, aclıq və müharibənin dağıntıları üzərində qurmaq mümkün olmuşdur. Koreya bütün bunları  isə öz adət-ənənələrini, dillərini, özünə hörmət hissini, həyata sevgisini itirmədən  nail olmuşdur.  Cənubi Koreyanın tarixi bir sıra müharibələr, işğallar, aclıq və yoxsulluq illəri ilə zəngindir. Yeri gəlmişkən, bu ağır həyat şəraiti, hələ də koreyalıların adət-ənənələrində, gen yaddaşında əks olunur. Məsələn,  koreyalılar görüşəndə ​​bir-birləri ilə salamlaşdıqda ilk sualları belə olur: “Bu gün yemək yemisiniz?” və ya "rahat yuxlaya bilmisənmi?". Bununla belə, Cənubi Koreya bir neçə onillik  ərzində geridə qalmış aqrar ölkədən inkişaf etmiş iqtisadiyyata çevrilən unikal bir ölkədir... Cənubi Koreyanın bu günkü inkişafı  azadlığın və əzmin hər zaman qalib gəldiyinin bariz nümunəsidir.

Cənubi Koreya  dünyanın 11-ci iqtisadiyyatına malikdir. Orta əmək haqqı ayda 3000 dollardır. Ölkədəkasıb insan yoxdur. Burda sakinlərin  orta ömür yaşı 82 ildir. Dünyada ən aşağı uşaq ölümü olan ölkələrdəndir. Dünyanın aparıcı yüksək texnologiyalar istehsalçısıdır.  Dünyada hər üçüncü gəmi bu  ölkədə istehsal olunur. Avtomobillər, smartfonlar və televizorlar v.s. istehsalında da liderlər sırasındadır. Bu ölkənin əhalisi dünyanın ən savadlı və yüksək rəqabətqabiliyyətli toplumdurlardan biridir. Bunun əsas səbəbi ölkədə təhsilə, onun keyfiyyətinə yerilən yüksək tələbdir.

Koreya  məktəbliləri təhsilin keyfiyyətinə görə dünyada üçüncü  yerdədir.   Xəstəxanaları da tibbi xidmətlərin keyfiyyətinə görə dünyada üçüncü yerdədir. Ölkənin ordusu hərbi güc və səmərəlilik baxımından dünyada ilk beşlikdədir. Koreya hökuməti elmə Yaponiya və ABŞ-dan daha çox sərmayə qoyur. Dünyada ən çox internet istifadəçisi olan ölkələrdəndir.  Mədəniyyət, xasusən musiqi (K-Pop) və kinifilm istehsalı sahəsində də Koreya liderlər sırasındadır.

Bütün bunlar - neft, qaz və qiymətli metalları olmayan, əhəmiyyətsiz bir ərazidə  yerləşən bir ölkənin nailiyyətləridir.  Qeyd etdiyimiz kimi, bütün bunlar - sözün əsl mənasında bir nəsilin həyatı ərzində, ən qısa zamanda, aclıq və müharibənin dağıntıları üzərindəqurulmuşdur.  Bütün bunları - öz adət-ənənələrini, dillərini, özünə hörmət hissini və həyatn sevgisini itirməyən xalq yaratmışdır.  Cənubi Koreyanın bu sıçrayışlı inkişafı azadlığın,  əzmkarlığın, qalibiyyətinbariz nümunəsidir.

Cənubi Koreya  möcüzəsinin  əsl səbəbi  bu ölkədə elm,  təhsil, texnologiya və innovasiyaların inkişafının  daim dövlətin diqqət mərkəzində olmasıdır. Belə ki, Koreyanın  təhsil, elm və texnologiya sahəsində əldə etdiyi tərəqqi  tempinin   qorunub saxlanılması Koreyanın inkişaf strategiyasının əsasını təşkil edir.  Koreyada elm və təhsilə son 50 ildə  ciddi diqqət yetirilmişdir. Bu Ölkəanaloqsuz inkişafının da  əsas səbəbi məhz bu  amildir.  “Elm və təhsildən faydalanan xalq firavan yaşayar.” (Konfutsiy).  Bir məqalədə təbii ki, bu ölkənin elm və təhsil siyasətini və inkişaf tarixini təhlil etmək mümkün deyil. Sadəcə Koreyanın təhsil sistemi haqqında ümumi xarakterli bəzi məlumatlara nəzər yetirək.

Koreyada təhsilin ilkin təşəkkül tarixi IV əsrin ikinci yarısına təsadüf edir. XIX əsrdən etibarən xristian missionerləri tərəfindən dövlət və özəl təhsil müəssisələrindən ibarət olan müasir məktəblər yaradılmağa başlanılıb. 1945-ci ildə Yaponiyanın 35 illik əsarətindən azad olduqdan sonra Koreyada demokratik təhsil forması təşəkkül tapmağa başlamışdır.  Koreyada ibtidai təhsil 6 il davam edir. Daha sonra heç bir məhdudiyyət qoyulmadan şagirdlərə 3 illik əsas məktəblərdə oxumaq imkanı verilir. Əsas təhsil pilləsini bitirənlər orta təhsil almaq hüququna malikdir. Orta məktəblər 3 illik ümumi orta, peşə və ixtisaslaşmış məktəblərə (xarici dil, incəsənət, təbiət təmayüllü siniflərə) bölünür. Bir çox orta məktəblərdə təhsil xərcləri şagirdlər tərəfindən ödənilir.

Orta məktəblərdə tədris olunan fənlər ümumi orta məktəblər üçün müəyyən olunmuş fənlərə, peşə məktəbləri, ixtisaslaşmış orta məktəblər üçün nəzərdə tutulmuş ixtisaslaşmış (təmayüllü) fənlərə bölünür. Bu mərhələdə əsas və yüksək səviyyəli olmaqla, dərsliklər də 2 yerə bölünür.

Cənubi Koreyada təhsilin yüksək pilləsi universitetlər, peşə kollecləri, müəllim hazırlığı institutları və ilahiyyat seminariyaları ilə təmsil olunur. Universitetlər bakalavr, magistratura və doktorantura proqramları üzrə kadr hazırlığı həyata keçirilir. Peşə kollecləri bir sıra tətbiqi (praktik) sahələr üzrə mütəxəssislər hazırlayır: məktəbəqədər təhsil, tibb bacısı, biznesin idarə edilməsi, balıqçılıq, gəmiçilik, kənd təsərrüfatı və s. sahələr üzrə kadr hazırlayırlar.  Kollec təhsili 2-3 il davam edir,  peşə sertifikatı ilə başa çatır. Klassik universitetlərlə müqayisədə kollecə daxil olmaq daha asandır, lakin gələcək karyera perspektivləri  məhduddur.  

Tədris proqramına görə kollec təhsili 2-3, ali təhsil 4-6 il arasında dəyişir. Kolleclər əsasən,  şirkətlərin, istehsal müəssisələrinin mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir. Ali təhsil müəssisələrində isə nəzəri biliklərin tətbiqi məsələlərinə xüsusi önəm verilir.  

Cənubi Koreyada 400-dən çox universitet var. Universitetlər 3 növə bölünür:               Milli - Hökumət tərəfindən maliyyələşən universitetlər;  Dövlət - yerli hakimiyyət orqanlarını tərəfindənmaliyyələşən universitetlər;  Özəl - qeyri-kommersiyafondları digər təşkilatlar tərəfindən maliyyələşənuniversitetlər.  Bu universitetlərin ən böyük qrupudur. Koreyada yerləşən orta məktəblərin 80%-dən çoxuözəldir.  

Universitetlər  Boloniya sistemi ilə təlim keçirlər. Bakalavr proqramı üzrə (tibb proqramları memarlıqistisna olmaqla)  4 illik təhsil  həyata keçirilir.   Ölkənin bir çox universitetləriümumiqəbul təklifedir, bu  zaman tələbə təhsilin birinci ilində əsas fənlərüzrə ümumi bilik alır yalnız 2-3 kurs üzrəixtisaslaşmaya keçir.

Konstitusiyaya görə hökumət həyatboyu təhsilin təmin olunmasına cavabdehdir. Fasiləsiz təhsil (məktəb təhsili istisna olmaqla), təhsilin bütün formalarını əhatə edir. Koreyada təklif olunan fasiləsiz təhsil proqramlarına məktəbdənkənar, texniki peşə təhsili, ümumi və humanitar təhsil daxildir.

Koreyada müəllimlər fəaliyyət uyğunluğuna görə bir neçə kateqoriyaya (I və II dərəcəli, assistent müəllimlər, peşəkar məsləhətçilər, təlim müəllimləri, I və II dərəcəli uşaqlara qayğı müəllimləri) bölünür. Hər bir müəllimin müvafiq kateqoriya üzrə müəyyən olunmuş ixtisas meyarlarına uyğunluğu Baş nazirin müavini və ya təhsil və insan resurslarının inkişafı naziri tərəfindən lisenziyaların verilməsi ilə təsdiqini tapır.  Müəllimlər müvafiq qaydada vaxtaşırı ixtisasartırma təliminə cəlb olunurlar. Proqramlardan asılı olaraq ixtisasartırma təhsili 30 gün və ya daha uzun müddət davam edir.  Koreyada ibtidai təhsil üzrə 11, orta təhsil üzrə 67, təhsilin idarə olunması üzrə 1, tam orta təhsil üzrə 18 ixtisasartırma institutu fəaliyyət göstərir.  Bunlardan əlavə 55  ixtisasartırma institutu distant təhsil formatında fəaliyyət göstərir.  

Koreyada bəzi ölkələrsdən fərqli olaraq elm və təhsil siyasətinin yüksək səmərə verməsi, bu prosersin idarəedilməsinin bu prinsiplərə əsaslanması səbəbindəndir: 1. yüksək səviyyədə, şəffaf maliyyələşmə,

2. peşəkarlığa əsaslanan kadr siyasəti,

3. fəaliyyətdə nəticəyönümlük və hesabatlıq.

Qeyri neft sektorunun və insan kapitalının inkişaf etdirilməsində bizim Cənubi Koreya təcrübəsindən faydalanmağımız  məqsədəuyğun olardı. Maraqlıdır ki, vaxtı ilə Koreya şimal və cənub kimi 2 yerə parçalananda, ərazilərin böyük hissəsi və təbii sərvətlərlə zəngin bölgələri Şimali Koreyaya, ərazinin az və heç bir təbii sərvəti olmayan hissəsi Cənubi Koreyaya  qismət olmuşdu. Bu gün isə onların inkişaf səviyyələri arasında fərq göz önündədir. Çünki,  “Bir ölkənin inkişafı üçün onun təbii sərvətlərinin olması zəruri deyil, təbii sərvətləri olmayan  ölkə də yüksək inkişafa nail ola bilər. Ölkənin ən vacib sərvəti onun insanlarıdır. Dövlətin əsas vəzifəsi xalqın istedadının çiçəklənməsi üçün zəmin yaratmaqdır.” (Marqaret Tetçer).

Paralel.az

0.027163028717041