Rais Rəsulzadə – 75
İşləməkdən doymayan, Azərbaycanın gözəlliklərini lövhələrdə əbədiləşdirməkdən usanmayan, mülayimliyi, nəzakətliliyi, təvazökarlığı, nəcibliyi illər, on illər boyu zərrə də azalmayan Rais.
Heç vaxt şan-şöhrətli, izzətli, sayğılı soyadının kölgəsinə qısılmamış, bu soyadın verə biləcəyi bəhrələrdən yararlanmamış, əksinə, iftixarlı soyadını öz dəyərli əməlləri ilə bir qədər də yüksəltmiş Rais.
Rais Rəsulzadənin yağlı boya ilə çəkdiyi çinarlar, Çaykənd yağışdan sonra, Qarabulaq kəndi, Göyçə kəndinin vadiləri, Quşçular kəndi, Abşeronda, Kəpəz və Murovdağ, İsmayıllı, Lahıca gedən yol, Şəkidə bahar, Şuşada, Kürdə küləkli gün, Dəniz kənarında qəsəbə, Gədəbəy slavyanka mənzərəsi, Şahdağ və neçə-neçə belə aydınlıq dolu rənglərin, onların saysız çalarlarının, bir-birinə ehmallı keçidlərinin yaratdığı bayram ovqatı göz oxşayır, ürək dincəldir və qatarlanaraq bizə Azərbaycanın bu istedadlı rəssam, yurd vurğunu, gözləri ilə görünən misilsiz xəritəsini təqdim edir. Ra – qədim şumerdə Günəş demək idi, is – işıq, istilik.
Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar rəssamı, Məhəmmədəmin yadigarı Rais Rəsulzadəni varlığında və yaratdığı hər əsərdə var!
Var nə qədər ki, nəfəsi gedib-gəlir, həmişə də onunla olacaq!
Axı o Rəsulzadədir, axı o rəmzdir! Axı o Məhəmmədəmin əmanətidir!
75 baharlı ilinizi təbrik edirik!
Rafael Hüseynov – akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri
Telman Nizamov – texnika elmlər doktoru, professor, Azərbaycan və beynəlxalq mühəndislik akademiyasının akademiki, dövlət mükafatı laureatı.
Kamil Məmmədov – Azərbaycan Respublikasının əməkdar mühəndisi, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü
Səməd Səmədov – dövlət qulluqçusu, respublikada tanınmış ağsaqqal
Sədiyar Səfərəliyev - dövlət qulluqçusu
Sadıq Sadıqov – Azərbaycan Respublikasının əməkdar müəllimi
Fərman Məhəmməd Əzizli - Azərbaycan Respublikasının əməkdar müəllimi, Qəbələ rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü.