Viruslu gündəm

Viruslu gündəm
 

Ondan qorunmaqladinc-yanaşıyaşamaq...

 Koronavirus epidemiyasıdünyaya gələndəinsanlar onu qorxulu bir kabus kimi qarşılamışdı. Daha sonra pandemiya elan olunandan bütün ölkələrə yayılandan sonra onunla birgə, necə deyərlər, “dinc-yanaşıyaşamağa başladılar...

Başqa variant da yox idi, hər yerdə, insan övladının ayaq basdığı istənilən məkanda ondan qorunmaq gərəkirdi. Əks halda... Viruslu gündəmin mənzərəsi bu idi, təəssüf ki.

Koronavirusdan yenə təəssüf, keçmiş zamanda danışmaq mümkün deyil. Çünki o, yenə sıramızda, ətrafda, hər yanda, hər addımdadır. Lakin ona yoluxmamaq üçün lazım olan vasitələr, qaydalar uzun müddətdir ki, səslənir, təbliğ tələb edilir. Bəzən maarifləndirmənin zəiflədiyi məqamlar da olur ki, yoluxma statistikasının artmasını dərhal onun üzərinə ataraq, bəlli tədbirlərin görülməsini söyləyirlər...

İstər artsın, ya da azalsın, uzun müddətdir ki, koronaviruslu gündəmdə, onunla baş-başa, üz-üzəyik.

Artıq ətrafında, ailəsində koronavirusa yoluxmayan demək olar ki, yoxdur, ya da azdır. Yəni bu virusla təmasda olmayan adam qalmayıb, kimi gizli, ya açıq-aşkar, ona yoluxub, hər kəs koronavirusun demək olduğunu bilir. Bir sözlə, koronavirus artıq kiməsə yad deyil, o, hamının sağlamlığına, külli-aləmə düşmən kəsilib.

Orta məktəblərin bəzi siniflərində koronavirusa yoluxma səbəbindən tədrisin distant formada keçilməsi faktları var. Orta məktəb şagirdlərində müəllimlərində yoluxma halları müşahidə edildiyindən tədrisin bu formada olması məqbul sayılıb. Bu, öz yerində.

Lakin bəzən məlumatlar səslənir ki, müəyyən məktəblərdə koronavirusa yoluxub sağalan müəllimlər yenidən işə başlayarkən, təhsil-təlim prosesi əvvəlki səviyyədə olmur. Bunun daha çox aşağı siniflərdə olduğu deyilir. Yəni yaş həddi az olan şagirdlərin həmin müəllimlərdən hələ ehtiyat etməsi məsələni çətinləşdirir. Uşaqlar koronavirusu qorxunc bir kabus kimi təsəvvür edərək, ona yoluxan müəllimlərinə yaxınlaşa, yanaşa bilmirlər. Bu halda davamiyyət, onun kəmiyyət səviyyəsi azalır ki, o da keyfiyyətə birbaşa təsir edir.

O zaman, maarifləndirmənin müəyyən forması, norması olmalıdır ki, ondan təhsil işçiləri, valideyn-şagird heyəti kənarda qalsın. Bir sözlə, maarifləndirmə koronavirusa qarşı qorxu sindromu yaratmasın, gündəmi onunla bərabər olsa da, fəqət ondan qorunmağın vacibliyini aşılamaqla həyata keçirilsin. Yoxsa elə valideynlər var ki, övladlarını hələ keçənilki tədris ilindən məktəbdən uzaqlaşdırıblar. Bu halın vəd etməsi isə həm həllidir, həm yox...

 Nigar Orucova

0.018653869628906