Sahibkar deputatlar, yoxsa xalqın pulunu əcnəbilərə yedirənlər?

Sahibkar deputatlar, yoxsa xalqın pulunu əcnəbilərə yedirənlər?
 

 Azərbaycan qanunvericiliyi məmurların deputatların bizneslə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını qadağan edir. Amma bu da heç kimə sirr deyil ki, Azərbaycanda məmurların, eləcə deputatların böyük əksəriyyətinin geniş sahibkarlıq biznes fəaliyyətləri var. Əgər sadə insanlar hansı biznes şəbəkəsinin, kimlərin himayəsində olduğunu bilirsə, o zaman hüquq-mühafizə orqanlarının, eləcə digər nəzarətedici qurumların da, bundan xəbərdar olduqları şəksizdir. Amma Azərbaycanın yazılmayan qanunlarına görə, bu kimi insanlar qədər ki, deputat mandatı, məmur vəzifəsi daşıyır, onlar "toxunulmazlar" statusuna malik olurlar onlara heç kim "gözün üstə qaşın var", deyə bilmir. Yəni ölkəmizin yazılı qanunları (o qanunlar ki, onlar özləri hazırlayıb, özləri qəbul edib) onlar üçün keçərli deyil.

Məsələn, prezidentin eks-köməkçisi Əli Həsənova məxsus onlarla şirkətlər barəsində hələ illər əvvəl, onun "at belində" olduğu zamanlar mediada məmumatlar yer almışdı. Ə. Həsənov da (əlində olan səlahiyyətlərinə o qədər güvənirdi ki) bunu inkar etmir: "Ailəmin, belə uğurlu biznesinin olmasından qürur duyuram",- deyirdi. Diqqət edin, Ə.Həsənov burada da özünü təmizə çıxarmağa cəhd edərək, "ailəmin" ifadəsini işlədir. Sən demə, Ə.Həsənovun bütün bunlara heç bir aidiyyəti yoxdur, biznes ona yox, ailəsinə məxsusdur.

Biz deputatlarımızı, məmurlarımızı savadsız insanlar adlandıra bilmərik (yəni bilməzlikdən belə işlərə qol qoyublar demirik) çünki onlar qanunları az-çox bilirlər ki, adları heç bir biznes, yaxud sahibkarlıq fəaliyyətində olmur. Onlar sadəcə olaraq, bu biznes sahibkarlıq fəaliyyətinə havadarlıq (krışalıq) edirlər öz haqqlarını (dolyalarını) alırlar.

Kələf dolaşanda, mandat, kreslo əldən gedəndə isə məlum olur ki, bütün bu biznes şəbəkəsi deputatın, yaxud məmurun müxtəlif yollarla dövlətdən xalqdan taladıqları pullar hesabına qurulub.

Beynəlxalq Bankın eks-idarə heyətinin rəhbərinin həyat yoldaşının Londondakı yaşamına, xərclədiyi pulların legitimliyi hələ tam müəyyən olunmayıb ki, Azərbaycanın başqa bir deputat-oliqarxın ailəsinin gəlirləri Britaniyada müzakirə mövzusu olub. Yəni ölkəmizdə hamının "Avromed"-in şefi kimi tanıdığı deputat Cavanşir Feyziyevin Londonda yaşayan ailəsinin bank hesabları bağlanıb.

Britaniya Milli Kriminal Agentliyi iddia edir ki, bu ailə Londonda C. Feyziyevin çirkli pulları hesabına yaşayır. Lakin bu cinayətdə ittiham olunan hər üç şəxs-həyat yoldaşı, oğlu qardaşı oğlu bu ittihamları rədd edərək bildiriblər ki, bu pullar doktor C.Feyziyevin Azərbaycandakı qanuni kommersiya fəaliyyəti sayəsində əldə olunub. Bax burada, "xoruzun quyruğu" görünüb, Azərbaycanda deputatın, yəni C.Feyziyevin qanunla kommersiya fəaliyyəti ilə məşğul olması qadağandırsa, ailəsi necə iddia edə bilər ki,"bu sərvət doktor C.Feyziyevin Azərbaycandakı qanuni kommersiya fəaliyyəti sayəsində əldə olunub"?

Azərbaycanda isə heç kimə sirr deyil ki, "Avromed" ölkəmizdə mövcud olan dərman "mafiyası"nın bir qoludur. Burada qazanılan pullar da, xaricdən gətirilən dərmanların, öz analoqlarından qat -qat baha qimətə satılmasından saxta dərman dövriyyəsindən əldə olunur, yəni haram pullardır. Görünür, İngilislər müsəlman olmasalar belə, ölkələrində haram pulların dövr etməsini istəmirlər. Mən hələ saxta dərmanların insanların sağlamlığına vurduğu zərərdən danışmıram. Məlum məsələdir ki, yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanda hamının "dərman mafiyası" adldandırdığı bu qruplaşmanın ən fəal üzvlərindən biri "Avromed" şirkətidir. Bu qalmaqalın ilə bitəcəyini demək çətindir. Ola bilsin ki, bu kimi qalmaqallara səbəb olan digərləri kimi, C. Feyziyev deputat mandatından məhrum ediləcək, bəlkə həbs olunacaq. Çünki onun həbsi üçün ailəsinin bilərəkdən, yaxud da bilmədən verdiyi açıqlamalar belə yetərlidir.

Amma bir şeyi dəqiq bilirəm ki, haram tikə bir gün hər kəsin boğazında qalır.

P.S. Deputatlarımızın hökumətdən gələn bütün qanunlara, sadəcə düyməni basmaqla razılıq vermələrinin bir səbəbi , hamısının bu ya digər dərəcədə əməlinin fəaliyyətinin şəffaf olmamasıdır.

Bunu bütün yazılarımda da vurğulayıram ki, deputatlar millət vəkilləri olmadıqca, xalq da hökumətdən öz haqq etdiyini ala bilməyəcək. Deputatın millət vəkili olması üçün isə seçkilərin heç bir kənar müdaxalə olmadan azad şəffaf keçirilməsidir.

 Yusif Seyid

0.015369892120361