Pandemiyaya qarşı dövlət siyasəti
tenderlər vasitəsilə sabotaj edilir

Pandemiyaya qarşı dövlət siyasətitenderlər vasitəsilə sabotaj edilir
 

Eyyub Hüseynov: "Tender şərtlərində naməlum səbəbdən "Roche Cobas"
şirkətinin istehsalı olan və yalnız bu şirkətə məxsus avadanlıqlarla
araşdırılma aprıla bilən reagentlərin alinması nəzərdə tutulub"

 "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) rəhbəri Eyyub Hüseynov redaksiymıza məktubla müraciət edib. E.Hüseynov məktubunda bildirir ki, AİİB istehlakçıların hüquqlarını və ölkənin əmtəə bazarını standartlara uyğun olmayan mal və xidmətdən qorumaq, respublikada inhisarsız bazar mühitinin formalaşması üçün dövlət orqanlarına yardımçı olmaq məqsədilə 1997-cı ildən dövlət qeydiyyatına alınmış ictimayi təşkilatdır: "AİİB 1998-ci ildən beynəlxalq istehlakçılar təşkilatı - Consumers İnternational-ın (Cİ) üzvü olaraq, dünyanın 123 ölkəsinin uyğun təşkilatlarının təmsil olunduğu konqreslərdə doğma Azərbaycanımızı təmsil və təbliğ edir. AİİB gündəlik çoxsaylı istehlakçı şikayətləri qəbul edib, həllinə nail olmaqla bərabər, müstəqil araşdırmalar apararaq dövlət orqanlarına təkliflər verməklə, ictimayi rəy formalaşdırmaqla dövlətimizin apardığı siyasətə dəstək verir".

AİİB sədri bildirir ki, belə araşdırmalardan biri də 13 sentyabr 2021-ci il tarixdə başlanılıb və bu İcbari Tibbi  Sığorta üzrə Dövlət Agentliyi Publik Hüquqi Şəxs tərəfindən elan edilmiş COVİD-19 test reagentlərinin satinalınması üçüt hələ nəticələri elan olunmayan tenderlə bağlıdır <https://etender.gov.az/competition/rfp3kk>.

E.Hüseynovun sozlərinə görə, araşdırma nəticəsində aşkarlanıb ki, yalnız bir xəstəxana üçün 200 054 (iki yüz min əlli dörd) test dəsti almaq məqsədilə elan olunan tenderdə 3 şirkət iştirak edib və bu şirkətlərdən ikisi "Roche Cobas" şirkətilə birbaşa əlaqəsi olan, digəri isə yerli şirkətdir: "Tender şərtlərində naməlum səbəbdən "Roche Cobas" şirkətinin istehsalı olan və yalnız bu şirkətə məxsus avadanlıqlarla araşdırılma aprıla bilən reagentlərin alinması nəzərdə tutulub. Halbuki Azərbaycanda keçirilən tenderlərdə iştirak etmək imkan və səlahiyyətləri olan bir neçə firma vardır ki, onların təqdim etdikləri reagentlər daha geniş çeşidli avadanlıqlarla araşdırma aparmağa imkan verir və daha obyektiv nəticənin əldə olunmasına şərait yaradır.

Araşdırma nəticəsində məlum olub ki, tender elan edən tərəf məqsədyönlü şəkildə digər reagent istehsalçısı və idxalçılarını bu yolla tenderdən asanlıqla uzaqlaşdırıb. Bununla da "Roche Cobas" şirkətinin eyni firmaya məxsus avadanlıqla araşdırma apara bilən reagentlərinə alternativsiz şərait yaradıb. O da məlum olub ki, yerli istehsalçı və ya idxalçı şirkətlərin tenderdə iştirakına şərait yaradılsaydı, ən azı bir neçə milyon manat dövlət vəsaitinə qənaət olunar və dövlət tərəfindən ödənilən bütün vəsait ölkəmizdə qalardı - xarici ölkəyə çıxarılmazdı".

AİB sədri bildirir ki, tərkibində çoxsaylı qeyri-hökumət təşkilatlarını birləşdirən Milli Qeyri-Hökumət Təşkilatı Forumunun nəzdində fəaliyyət göstərən İctimayi Nəzarət Mərkəzinin İdarə heyyətində təmsil olunan "Azad İstehlakçılar" İctimayi Birliyi olaraq COVİD-19 pandemiyasının tüğyan etdiyi şəraitdə belə tenderlərin keçirilməsini pisləyirik: "Hansı şirkətin tenderdə qalib gələcəyindan asılı olmayaraq tenderin ləğv olunub, daha ədalətli şərtlərdə keçirilməsini tələb edirik. Bu məsələ ilə bağli AİİB Azərbaycan Respublikası Prezident Administrasiyasının Dövlət Nəzarəti Məsələləri Şöbəsinin müdiri Kərəm Həsənova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Publik Hüquqi şəxsin rəhbəri Zaur Əliyevə, Azərbaycan Respublikası İqtisadiyyat Naziri Mikayıl Cabbarova rəsmi müraciətlər ünvanlayıb".

Qeyd edək ki, Azərbaycanda bu cür qaranlıq tenderlərin keçirilməsi təsadüfi deyil, dövlət satınalmaları barədə həyata keçirən tenderlərin böyük əksəriyyəti yuxarıda təsvir edilən "yol xəritəsi" üzrə həyata keçirilir. Lakin burada bir nüans var ki, bu tender bütün dünyanı lərzəyə salan pandemiyaya qarşı mübarizə məqsədilə keçirildiyi üçün heç olmasa burada reallığın olması Azərbaycan dövlətinə və xalqına hava-su kimi lazımdır. Çünki daha effektiv vasitələrdən istifadə olunmasını təmin etmək, daha səmərəli vasitələr seçmək üçün mütləq bərabərhüquqlu mübarizəni təmin edən tenderlər təşkil olunmalıdır. Lakin görünür, "bulanlıq suda balıq tutmaq" istəyənlər hələ Azərbaycanda daha güclüdürlər və onlar dövlətin pandemiyaya qarşı mübarizə siyasətini sabotaj etmək iqtidarına malikdirlər.

 Akif Nəsirli

0.010691165924072