Qaragöl ətrafında nə baş verib?

Qaragöl ətrafında nə baş verib?
 

Paralel.az xəbər verir ki, Azərbaycan və Ermənistan mediası Qaragöl ətrafında nəsə baş verdiyindən yazırlar.

Azərbaycan tərəfi iddia edir ki, Qaragöl ətrafında 50 nəfərə yaxın erməni hərbçisini mühasirəyə alıb, sonra Rusiya tərəfinin müdaxiləsindən sonra buraxıblar.

Erməni tərəfi iddia edir ki, Ermənistan SQ hərbçiləri Qaragöl ətrafında Azərbaycan hərbçilərindən mövqeləri geri alıblar.

Lakin bu barədə hələlik heç bir tərəfdən nə rəsmi açıqlama verilib, nə də baş verdiyi iddia edilən hadisələrdən video-görüntülər yayılıb.
Akif Nəsirli

0.011003971099854