FHN əhalini ehtiyatlı olmağa çağırdı!

FHN əhalini ehtiyatlı olmağa çağırdı!
 

Hidrometeoroloqlar Bakıda güclü külək proqnozlaşdırır

Paralel.az xəbər verir ki, noyabrın 10-dan Bakıda hava şəraitinin qeyri-sabit, küləkli olacağı gözlənilir. Bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar olaraq əhalidən diqqətli olmalarını, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini və güclü küləyin yaratdığı təhlükələrdən qorunmaq üçün qəti zərurət olmadıqca küçəyə çıxmamalarını məsləhət görür.

Həmçinin, güclü küləyin nəticəsində yarana biləcək təhlükələrin qarşısını almaq üçün yüngül və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləklərdə yanğınların söndürülməsinin çətinliyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına da ciddi riayət etmək lazımdır.

Nazirlik xatırladır ki, təhlükə yarandıqda “112” nömrəsinə zəng etmək lazımdır.
Akif Nəsirli

0.010803937911987