Parlamentdə büdcə müzakirə edilir

Parlamentdə büdcə müzakirə edilir
 

Paralel.az xəbər verir ki, bu gün Milli Məclisdə gələn ilin gələn ilin dövlət büdcəsi hökumətin iştirakı ilə müzakirə edilir.
Müzakirələr zamanı maliyyə naziri Samir Şərifov deyib ki, gələn ildən müavinət, pensiya və təqaüdlərin artırılması dünyada baş verən qiymət artımı ilə bağlıdır.

Amma maliyyə nazirinə sual verən olmayıb ki, qiymət artımları ötən ildən şiddətlənsə də, nədən məvaciblərin artırılması gələn il üçün nəzərdə tutulur.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə mûzakirələr zamanı deyib ki,  qarşımızda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi ümdə vəzifələr durur: "Karantin rejiminin əhəmiyyəti dərəcədə yumşalması və iqtisadi artımın yüksəlməsi şəraitində ÜDM-nin artım dinamikasında müsbət meyllər güclənməkdədir”.
Akif Nəsirli

0.016062021255493