Bakıda kilometrlərlə tıxac yaranıb

Bakıda kilometrlərlə tıxac yaranıb
 

Vüqar Səfərlinin bu günə təyin edilmiş məhkəmə prosesi təxirə salındı

Paralel .az xəbər verir ki, Qara Qarayev prospektindən üzü şəhər istiqamətində səhər saat 07:30-dan indiyə kimi yolların bağlandığı və hərəkətin iflic olduğu müşahidə edilir. Mümkün olduqca bu istiqamətdə ictimai nəqliyyatdan və öz şəxsi maşınınızdan istifadə etməyin.

Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə bu haqda heç bir məlumat verməyib və minlərlə insan səhər saatlarından etibarən yollarda qalıb.

Qeyd edək ki, yaranan tıxacla əlaqədar olaraq ləğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli və digər təqsirləndirilən şəxslərin Ağır Cinayətlər Məhkəməsində hakimi Azər Paşayevin sədrliyi ilə bu gün saat 10.00-a təyin edilən məhkəmə prosesi sabah saat 16.30-a qədər təxirə salınıb.
Akif Nəsirli

0.015560865402222