Ey böyük Allahım!

Ey böyük Allahım!
 

Siracəddin Hacı yazır:

Çiləkeş Azərbaycan xalqına qələbə bəxş etdin, Sənəhəmd olsun!

Əziz Şəhidlərimizdən razı ol, onların şəhadətini qəbul et!

İgid Qazilərimizə güc və şəfa ver!

Şəhid və Qazi ailələrinin qəlbinə hüzur nazil et!

Azərbaycan xalqının xeyrini, bərəkətini, gücünü, dostlarını artır, onu darda qoyma!

Azərbaycan ilə Türkiyənin qardaşlığına bərəkət ver!

Azərbaycan xalqını Allahdan başqa kimsəyə möhtac etmə!

Xankəndi zəfərinin yolunu aç!

Allah düşmənlərini qarşında diz çökdürsün, ey şanlı Azərbaycan!

Allahdan başqa qalib yoxdur, Onun mübarək Fatihəsurəsinin bərəkəti əziz Şəhidlərimizin və xalqımızın üzərinə olsun!

Bismillah-ir Rəhman-ir Rəhim

Əlhəmdu lillahi Rəbbil aləmin

Ər-Rəhman-ir Rəhim

Maliki yəvmiddin

İyyakə nə’budu və iyyakə nəstəin

İhdinas siratəl müstəqim

Sirat əlləzinə ən əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vəladdallin

Bismillah-ir Rəhman-ir Rəhim

Həmd bütün aləmlərin Rəbbi Allaha məxsusdur

O, özündə (zatında) mərhəmətli, işində mərhəmətlidir

O, hesab gününün (din gününün) hakimidir (malikdir)

(Rəbbimiz!) Yalnız Sənə qulluq etdiyimiz üçün yalnız Səndən yardım istəyirik!

Bizi dosdoğru yola, nemət verdiklərinin yoluna yönəlt!

Qəzəbə düçar olanların, azmışların yoluna deyil!

Paralel.az

0.02876615524292