Erməni tərəfdən iddia: “Ohanyanın Şuşanın süqutu ilə əlaqəsi yoxdur”
Paralel.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovhannisyan keçmiş müdafiə naziri Seyran Ohanyanın Şuşanın süqutu ilə heç bir əlaqəsi olmadığını söyləyib: “Şuşa əməliyyatına kimin rəhbərlik etməsi ilə bağlı məndə tam məlumat yoxdur. Amma ilkin məlumata görə, Seyran Ohanyanın Şuşann süqutu ilə heç bir əlaqəsi yoxdur. Mən Artsaxa səfərim zamanı onunla danışanda, o, heç bir rəsmi statusu olmasa da, problemin mahiyyətini ilk dəqiqədən araşdırdığını dedi. Müharibə vaxtı Arayik Arutyunyan Ohanyana Müdafiə Ordusunda nəsə təklif edib, o da uyğun tövsiyələr verib. Bəziləri yerinə yetirilib, bəziləri isə yox”.
Nigar