Rüstəm Muradov İravandan Qarabağa gedəcək

Rüstəm Muradov İravandan Qarabağa gedəcək
 

Paralel.az xəbər verir ki, Rusiya sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradov noyabrın 9-da İrəvana, noyabrın 10-da isə Qarabağa gələcək.

Bildirilib ki, noyabrın 10-da Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə müvəqqəti yerəşdirilməsinin bir ili tamam olur.

Məlumata görə, Rüstəm Muradov Müdafiə Nazirliyinin 200-ə yaxın medalını özü ilə birlikdə gətirir. Hərbi xidmətdə fərqlənənlər həmin medallarla təltif ediləcəklər.
Akif Nədirli

0.012192964553833