Ocaqnejatin “ocağının” başında oturanlar
Xəbər verildiyi kimi bir neçə gün əvvəl Vətəndaş və İnkişaf Partiyasının sədri, internet telekanalların ulduzu Əli Əliyev müammalı şəkildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və bir neçə saatdan sonra sərbəst buraxılmışdı. Həmin vaxt Əliyevlə bərabər yuteobda canlı yayımda verliş aparan “Bumeranq TV”-nin yaradıcısı Elçin Rəhimzadə də cəmiyyətdən təcrid edilmişdi. ƏvvəlcəmPartiya sədrinin qaramaskalılar tərəfindən aparıldığı iddia olunsa da, azadlığa çıxan Əli əkə faktı təsdiqləməmiş, üstəlik həm həbs zamanı, həm də dindirilmə prosesində onunla sivil davrandıqlarını bildirmişdi. Amma həbs xəbəri yayılan gün heç kim bu həbsin səbəbləri barədə bir söz deyə bilmirdi. Elə Əliyev də, onunla bərabər həbs olunan Elçin bəy də azadlığa buraxıldıqdan sonra verdikləri açıqlamada onları araşdırması gedən hansısa bir cinayət işi üzrə şahid qismində dindirdiklərini söylədi və təbii olaraq istintaq sirri olduğuna görə o işin nədən ibarət olduğunu açıqlamadılar.
Bugünlər saytımıza maraqlı bir şəkil göndəriblər, məhz bu şəkilə istinadən partiya sədrinin qəfləti həbsinin qaranlıq tərəfinə azacıq da olsa işıq salmaq olar. Ola bilər şəkil başqalarında da olsun.
Şəkildən də göründüyü kimi özünü millət fədaisi, ədalət carçısı kimi göstərməyə cəhd edən Ə. Əliyev zamanında Azərbaycanda dini pozuculuqla məşğul olan, bu azmış kimi xüms adı altında miyonlar qazanan “Hüseyniyyə” məscidini qərargah kimi istifadə edən, İranın dini liderinin Bakıdakı nümayəndəsi (cəsusu demək daha doğru olar) Əli Əkbər Ocaqnejatinin ocağının sevilən qonaqlarından olub. Məlumdur ki, Ocaqnejati aradan çıxsa da onun pozuculuq, dini təriqətlər arasında nifaq toxumu səpməyə çalışan bir neçə qatı tərafdarı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs olunaraq istintaqa cəlb ediliblər. Ehtimal ki, istintaq çərçivəsində təhqiqatçılar Əliyevin də bu və buna bənzər şəkillərin aşkar edib. Və bu mübhəm “dostluğun” haradan, hansı maraqlardan qaynaqlandığını öyrənmək üçün sosial şəbəkə ulduzunu “sivil” şəkildə prokurorluğa aparıblar. İstisna edilmir ki, istintaqın gedişində Əli müəllimin şahidlik statusu, şübhəli şəxslə əvəz olunsun. Çünki Ocaqnejati “ocağı”na da gəlib ordan “pak” çıxmaq elə də asan məsələ deyil.
Səma