Ermənilər tarixi abidələri də minalayıb
Paralel.az xəbər verir ki, ermənilər Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşən, XIII-XIV əsrlərə aid edilən “Başıkəsik gümbəz”in ətrafını minalayıb.
1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçən kənd Vətən müharibəsi dönəmində ermənilərin müşahidə postuna çevrilib. Ermənilər kəndi tərk edərkən tarixi abidənin ətrafını minalayıbmış.
Akif Nəsirli