Ermənistandan sərhədlərlə bağlı açıqlama

Ermənistandan sərhədlərlə bağlı açıqlama
 

  Paralel.az xəbər verir ki, Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyası üçün kartlardan bəhs edib: ”Azərbaycan de-yure Artsaxı öz tərkibinə daxil etməyə çalışır. Onların sərhədləri tanınsa, respublika avtomatik olaraq Azərbaycanın bir hissəsi olacaq.
Demarkasiya və delimitasiya üçün bir neçə dəfə danışdığımız şərtləri təmin etmək lazımdır. Bu, hökumət proqramında da qeyd olunub. Məsləhətləşmələr davam edir, konkret razılaşma yoxdur.
Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında demarkasiya və delimitasiyanın həyata keçirildiyi hüquqi əsas mühüm əhəmiyyət kəsb edir. Ancaq bütün kartlar eyni deyil. Çünki sovet dövründə belə bir adət var idi ki, Kommunist Partiyasının bayramları ilə əlaqədar qardaş respublikalar bir-birinə ərazilər verirdi. Bütün kartlar Ermənistan və Azərbaycanın 1920-1930-cu illərdə razılaşdırdıqları prinsiplərə əsaslanır. Mətndə yazılmış müqavilələri onların üzərində əks etdirmək üçün xəritələrə ehtiyacımız var”.
Nigar 

0.010406017303467