Paşinyan “Zəngəzur dəhlizi”nin bağlandığını iddia edir
Paralel.az xəbər verir ki, Nikol Paşinyan yenə də bir sıra açıqlamalarla gündəmə gəlib. O, “Zəngəzur dəhlizi” mövzusunun 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatın imzalanması ilə bağlandığını deyib: “Rusiya Federasiyasının heç vaxt fərqli mövqeyi olmayıb. Təkcə Rusiyanın deyil, Azərbaycanın da mövqeyi açıq şəkildə açıqlanıb.
Regionda kommunikasiyaların açılmasında təkcə Ermənistan deyil, Azərbaycan, Rusiya, İran və Türkiyə də maraqlıdır. Ermənistan öz növbəsində Azərbaycan ərazisindən Rusiya və İranla əlaqə saxlamalıdır. Azərbaycanın Azərbaycanla əlaqəsi olacaq deyəndə, Türkiyə ilə də əlaqəsi olacağını deyirik. Horadiz-Meğri-Ordubad-Yerasx dəmir yolu çəkilməlidir. İşçi qrupu Rusiya və İranın əlçatanlığını masaya qoyub və indi marşrutlar üzrə razılaşmanı müzakirə etməliyik”.
Nigar