İran səfirliyi Zəfər Günü münasibətilə Azərbaycanı xalqinı təbrik edib

İran səfirliyi Zəfər Günü münasibətilə Azərbaycanı xalqinı təbrik edib
 

İranın ölkəmizdəki səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Paralel.az.az xəbər verir ki, bu barədə səfirliyin Twitter hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Bakıdakı səfirliyi dost, qardaş və qonşu Azərbaycan dövlətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün möhkəmləndirilməsinin, xüsusilə də İran-Azərbaycan müştərək sərhədlərinin 132 km-lik hissəsinin bərpa edilməsinin birinci ildönümü münasibətilə təbrik edir", - paylaşımda deyilir.
Akif Nəsirli

0.011391162872314