Ermənistan prezidenti: “Bu işdə təşəbbüs Türkiyədən gəlməlidir
Paralel.az xəbər verir ki, prezident Armen Sarkisyan Ermənistanın dünyada hamı ilə yaxşı münasibətlərinin olmasını arzulayıb. Onun açıqlamaları xilas üçün “boğulanın saman çöpündən yapışması“na bənzəyib: “Azərbaycanla problemlərin həlli arzuolunan olardı, baxmayaraq ki, bu, çətin məsələdir. Türkiyə ilə yaxşı münasibətlərin olması isə daha yaxşı olardı, amma bu, daha da çətindir.
Bu dünyada hər şey mümkündür. Fransa və Almaniya bir neçə yüz il bir-biri ilə vuruşdu, lakin 16:15:08İkinci Dünya Müharibəsindən sonra hər şey dəyişdi. İlk növbədə tolerantlıq var idi. Mənə elə gəlir ki, bu işdə təşəbbüs Türkiyədən gəlməlidir”.
Nigar