Paşinyan nə istəyir, biz nə deyirik?

Paşinyan nə istəyir, biz nə deyirik?
 
Kapituliyasiya sözünün mahiyyətini başa düşməyən Ermənistanın baş naziri N. Paşinyan dünənki çıxışında bəyan edib ki, Rusiya sülhməramlıların bölgədə olması təhlükəsizlik baxımından çox önəmlidir. O 10 noyabr razıaşmasından keçən müddət ərzində daha 28 erməni hərbiçisinin həlak olduğunu vurğulayaraq daha 44-nün guya Azərbaycanda əsirlikdə olduğunu söyləyib. Paşinyan imzaladığı kapituliyasiya aktının 4-cü bəndinin hələdə yerinə yetirilmədiyini iddia edərək deyib ki, guya o maddədə ermənilərin Azərbaycan ordusunun qanı və canı bahasına azad etdiyi Hadrut və Şuşaya qaydışı təmin olunmayıb. Və belə bir şəraitdə sülh müqaviləsinin imzalanmasının mümkünsüzlüyündən bəhs edib. Belə bir iddiada və istəkdə olan erməni baş nazir bilərəkdən unudur ki, 10 noyabr razılaşmasına əsasən döyüşən tərəflər olduqları mövqedə qalmalı, Qarabağdakı silahlı birləşmələr ya tərksilah olmalı, yaxud Ermənistan ərazisinə keçməli, hazırda separatçıların nəzarətində olan Xankəndi də daxil, digər ərazilərdə Azərbaycanın suveren hüququ bərpa edilməlidir. Yalnız bunlar reallaşandan sonra vaxtilə Qarabağda mövcud olmuş kəndlərdən didərgin salınmış azərbaycanlı əhali hazırda isə ermənilərin nəzarətində olan yurdlarına qayıtmalıdır, o cümlədən də ermənilər. Bəli, zamanında Hadrutda və Şuşada azsaylı erməni yaşadığını kimsə inkar etmir. Bu baxımdan onlar yenə həmin bölgələrdə yaşaya bilər, Azərbaycan vətəndaşı kimi, dövlətin qanun və qərarlarına əməl etmək şərti ilə. Yoxsa təkcə Şuşanın 28 kəndi, digər bölgələrdə vaxtilə azərbaycanılıar yaşayan 100-dən artıq yaşayış məntəqəsi erməni quldurlarının nəzarətində olduğu halda ermənilərin Hadrut və Şuşaya qayıtmaq istəyi heç bir halda reallaşmayacaq.
Azərbaycanın öz əzəli torpaqlarının əhəmiyyətli hissəsini geri qaytarandan sonra Qarabağda yaranmış yeni şəraiti dəyərləndirməyi bacarmayan, yaxud istəməyən Paşinyan və Ermənistanın revanşist qüvvələri görünür 44 günlük savaşdan hələ də gərəkən nəticə çıxarmayıb.
 
Səma
0.029714107513428