Azərbaycanın tarixi zəfərinin səbəbləri və nəticələri
Siracəddin Hacı yazır...
1) Zəfərin səbəbləri
Azərbaycanın Qarabağı zalımdan və zülmdən azad etmə hərəkatında torpaqlarının çox hissəsini işğaldan azad etməsinin daxili və xarici olmaqla bu səbəbləri var:
- Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi nəticəsində Rusiyanın mənafeləri üçün təhlükə ortaya çıxdı, Rusiya və Ermənistan arasında yaranmış bu ziddiyyət Azərbaycana Qarabağın qıfılını açmaq imkanı verdi;
- Azərbaycan xalqı Qarabağı zalımdan və zülmdən azad etmək üçün bədəl ödəməyə hazır oldu, övladları, malı, duası ilə bu savaşda iştirak etdi;
- Milli birlik təmin olundu;
- haqla güc birləşdi, zəfərə yol açdı;
- Ədalətli intiqam duyğusu xalqı və ordunu düşmənə qarşı mübarizədə birləşdirdi;
- Cəsur Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərdi;
- Qardaş Türkiyə çox böyük, tarixi dəyişdirəcək ölçüdə yardım etdi, siyasəti, diplomatiyası, ordusu, hərbi imkanları, duası ilə Azərbaycan xalqının yanında oldu;
- Prezident İlham Əliyev işğalçı rus qoşununun Qarabağa gəlməsinə izin verənədək işi doğru idarə etdi;
- Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfində idi;
- Amerikanın başı daxili işlərinə qarışdı;
- İran Güney Azərbaycan türklərinin basqısı ilə işə ciddi müdaxilə edə bilmədi;
- Pakistan başda olmaqla Azərbaycanın müttəfiqləri ciddi dəstək verdilər;
2) Zəfərin müsbət nəticələri:
- Azərbaycan torpaqlarının önəmli hissəsini işğaldan azad etdi;
- Azərbaycan gücləndi;
- Milli birlik təmin olundu, önəmi anlaşıldı;
- aydın oldu ki, Vətən, onun bir parçası olan Qarabağ toplumun qəbul etdiyi, birləşdirici dəyərə çevrilmişdir;
- Milli və dini şüur gücləndi;
- şəhidlik anlayışı dəyərə çevrildi;
- Azərbaycan xalqı fikri dəyişim, dönüşüm yaşadı – dəyişim davam edir;
- Azərbaycan xalqı yarımçıqlıq – özünəgüvənsizlik xəstəliyindən önəmli ölçüdə qurtuldu;
- zəfər sivillərə zərər verilmədən qazanıldı;
- mədəni irsə toxunulmadı;
- Orduya güvən formalaşdı, Azərbaycan xalqı ordusuna inandı, bütün gücü ilə ona dəstək verdi;
- Azərbaycan xalqı daxildə və xaricdə dost və düşmənlərini tanıdı;
- elmin, texnologiyanın önəmi anlaşıldı;
- Türkiyənin dəyəri, önəmi, gücü qəbul olundu;
- Türkiyə önəmli ölçüdə Qafqaza yerləşdi;
- Pakistan müttəfiqlər sırasına daxil oldu;
- Azərbaycan İranla sərhədini nəzarətə götürdü;
- Qarabağın bərpası üçün ciddi işlər görülməyə başlandı;
- bu hərəkat Türk dünyasının oyanmasına təsir göstərdi;
3) Mənfi nəticələr:
- Qarabağ məsələsi bitmədi;
- Xankəndində Azərbaycanın suverenliyi bərpa olunmadı;
- işğalçı rus ordusu Qarabağa gətirildi;
- üçtərəfli bəyanatda Azərbaycanın xeyrinə olmayan bəndlər var;
- Türkiyə bu bəyanatı imzalayan dövlətlər sırasında yer tutmadı;
- Azərbaycan dördtərəfli, ya da ikitərəfli formata nail olmadı;
- Qarabağ məsələsi Rusiyanın monopoliyasına keçdi;
- Qarabağın statusu gündəmdən çıxmadı, Azərbaycan bu məsələdə təkləndi;
- Laçın koridoru Rusiyanın nəzarətinə keçdi, terror koridoruna çevrildi;
- üçtərəfli bəyanatın müddəaları yerinə yetirilmədi, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmadı, Qazağın yeddi kəndi qaytarılmadı, Zəngəzur yolu açılmadı;
- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadı;
- Ermənistan Qarabağ iddiasından əl çəkmədi;
- Rusiya Qarabağın dağlıq bölgəsini dövlətləşdirdi, öz nəzarətinə keçirtdi;
- Azərbaycan minalanmış ərazilərin xəritələrini ala bilmədi;
- Ermənistanın təzminat ödəməsi üçün ciddi addımlar atılmadı;
- Türkiyə ordusu Azərbaycana gətirilmədi;
- Azərbaycan diplomatiyası ciddi fəaliyyət göstərə bilmədi, bu diplomatiyanın Amerika və Avropa ayağı yoxdur;
- ədalətə bağlı milli birliyin təmin olunması üçün siyasi, iqtisadi, hüquqi işlər görülmədi;
- hakimiyyət zəfəri siyasiləşdirdi, öz adına çıxdı;
4) Azərbaycan nə etməlidir?
- ədalətə bağlı milli birliyi təmin etməlidir;
- ordunu gücləndirməlidir;
- Türkiyə ilə hərbi ittifaq qurmalıdır, türk ordusunu Azərbaycana gətirməlidir;
- müttəfiqlərin sayını artırmalıdır;
- Qarabağ məsələsini Rusiyanın monopoliyasından çıxarmalıdır;
- Laçın koridoruna nəzarət etməlidir;
- Ermənistanla ikitərəfli danışıqlar yolunu seçməlidir;
- Azərbaycanın dünya ilə əlaqələrini gücləndirən siyasi, iqtisadi, diplomatik addımlar atmalıdır;
- Qarabağ ermənilərinə vətəndaşlıq təklif etməlidir;
- Rusiyaya bağlı məkandan çıxıb, Azərbaycanın müstəqil və suveren inkişafına imkan verən məkana daxil olmalıdır;
- Şəhid və qazi ailələrini əlinin içində, başının üstündə tutmalıdır;
- bütün sahələrdə ciddi islahatlar gerçəkləşdirməlidir;
- rüşvətxorluğa və dərəbəyliyə son qoyulmalıdır;
- insan haqq və hüquqlarını qoruyacaq, siyasi, iqtisadi azadlıqları təmin edəcək islahatlar gerçəkləşdirilməlidir;
- elm və təhsilin inkişafının yolu açılmalıdır;
- xalqın sosial vəziyyətini yaxşılaşdıracaq addımlar atılmalıdır;
- hakimiyyət gerçək müxalifətlə dialoq halında olmalıdır;
UCA ALLAHIN RƏHMƏTİ, BƏRƏKƏTİ, SALAMI ƏZİZ ŞƏHİDLƏRİMİZİN, İGİD QAZİLƏRİMİZİN, ONLARIN AİLƏLƏRİNİN ÜZƏRİNƏ OLSUN, ALLAH BİRLİYİMİZƏ BƏRƏKƏT VERSİN, ÜÇRƏNGLİ ŞANLI BAYRAĞIN XANKƏNDİNDƏ DALĞALANMASININ ÖNÜNÜ AÇSIN!
AMİN!
Paralel.az