ABŞ Konqresmenləri: "Azərbaycanda çıxarılmış milyardlar həbs olunacaq"

ABŞ Konqresmenləri:
 

Bunu ABŞ konqresmenləri deyiblər

ABŞ-la Azərbaycan arasında münasibətlərin gərginləşməsi ardıcıl yüksələn xətt üzrə davam edir.

Uzun illər ermənipərəstliyilə ABŞ-da tanınan prezident Co Bayden dönəmində Türkiyəyə və Azərbaycana qarşı münasibətlərin gərginləşməsi aydın görünür.

Bu ilin aprelində Co Baydenin qardaş Türkiyə dövlətinə qarşı yönəlmiş saxta "erməni soyqırımı"nı tanımasından, Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini Azərbaycanın hərbi yolla azad etməsinə mənfi münasibətdən də görünür ki, ABŞ-la Azərbaycan arasında soyuq küləklər getdikcə güclənir.

Bu günlərdə ABŞ Konqresinin bir neçə üzvü Azərbaycandan qanunsuz olaraq xaricə çıxarılan ofşor hesablardakı milyardlarla oğurluq pullara həbs qoyulması barədə çağırış etmələri də iki dövlət arasında münasibətlərin soyumasını göstərir.

Züleyxa

0.01951789855957