Ölümün də xeyirlisi olur

Ölümün də xeyirlisi olur
 
Bilmirəm hansı şair yazıb: “Ölüm haqdlr, çıxmaq olmaz əmrdən...” Təbii qədəri yazan Allahdır, kimə nə qədər ömür yazıbsa onu da yaşayacaq. Həqiqət həm də budur ki, er və ya gec hər bir bəşər övladı ölüm şərbətini içməli olacaq. Rəvayətə görə, hətta ən uzunömürlü Süleyman peyğəmbər olub ki, o da 300 il yaşasa da sonunda ölüb.
Bu mənada əsla yaşından, cinsindən sosial durumundan asılı olmayaraq kiminsə ölümünə sevinmədik, olaya ironik yanaşmaqdı, indi də belə bir amacımız yoxdur. Sadəcə ölümlər var ki, barəsində danışmaq lazım gəlir. Bugün ölüm xəbəri yayılan “Azərxalça” ASC-nin istintaq altında olan sabiq sədri Vidadi Muradov kimi.
Məlum olduğu kimi 21 miyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olun V. Muradov (Allah rəhmət eləsin!) bir neçə gün öncə xətəliyi ilə əlaqədar olaraq məhkəmə qərarıyla ev dustaqlığına buraxılmışdı. Qeyri-rəsmi məlumatlara görə mərhum sədr dövlətə vurmuş olduğu ziyanı ödəmək barədə öhdəlik götürdükdən sonra barəsində belə bir qərar çıxarılıb. Artıq Muradov həyatda yoxdur amma mənimsənilən 21 miyon manat fakt rəsmiləşdirilməsə də ( Bununla bağlı hələki ortada məhkəmə qərarı yoxdur, ibtidai istintaq bu nəticəyə gəlib) gündəmdədir.
Sabiq sədrin vaxtında rəhmətə getməsi, varisi sayılan şəxsləri gələcəkdə onları gözləyən ağır bir yükdən xilas etmiş oldu. Məsələ burasındadır ki, qanuna təklif olunan yeni əlavələrin birində deyilir ki, bundan sonra (Prezident parlamentin çıxaracağı qərarı təsdiqləyən gündən etibarən) dövlətə vergi və digər borcları olan valideyn rəhmətə gedərsə onun borclarını varisi ödəyəcək. Başqa sözlə, əgər V. Muradov indi deyil, qeyd edilən düzəliş qanuni qüvvəyə minəndən sonra rəhmətə getsəydi dövlətə vurmuş olduğu 21 miyon manatı ödəmək öhdəliyi onun varisləri ( mətbuatda yazılanlara görə, rəhmətliyin bir oğlu əvvəllər Mingəçevirdə, hazırda isə Səbail rayon polis idarəsində polis zabitidir) üzərinə qoyulacaq. 
İndilikdə isə varisin kim olacağından asılı olmayaraq onlar bu ödənişdən azaddırlar. Çünki, Aministiya Aktı istisna olmaqla vətəndaşın ziyanına olan digər qanun və qərarlar geriyə şamil olunmur. 
 Yekun: Sabiq sədr ölümüylə övladlarına ayrılıq həsrəti yaşatsa da,eyni zamanda onları gözləyən ağır bir yükdən xilas etmiş oldu.
 
  Səma
 
0.012846946716309