Vətəndaş problemlə üzləşib

Vətəndaş problemlə üzləşib
 

Bakının Nərimanov rayonu, A.Heydərov 35, mənzil 7 sakini Zəminə Məmmədzadə problemlə üzləşdiyini söyləyib. O, AİB-ə ünvanladığı müraciətdə söyləyir: “12.09.2021-ci il tarixdə Bülbül pr. 38 C ünvanında yerləşən World Telekom mağazasından  İphone 12 telefonunu 1949 manat nəğd ödəməklə almışam. Mənə bir il zəmanət talonu verildi. Amma telefonu aldığımın 4-cü günü donma və  adaptırında problem olduğu üçün mağazaya yaxınlaşıb xahiş etdim ki, telefonu ya dəyişsinlər, ya da odədiyim pulu qaytarsınlar.
Mağazada telefonuma baxış keçirildi və mənə problem olduğu bildirilərək yeni adaptır təqdim edildi. 19.10.2021-ci il tarixində telefonda təkrar donma baş verdi və şəbəkə tamamilə yoxa çıxdı, heç bir nömrəni istifadə etmək mümkün olmadı. Mağazadan problemi həll etmək üçün bizi texniki servisə istiqamətləndirdilər. M.Əliyev küç-245 ünvanında yerləşən texniki servis rəhbərliyindən telefona lazer vasitəsilə baxış keçiriləcəyi deyildi. Lakin telefon bir gün texniki servisdə qalandan və guya lazer baxış olandan sonra hətta zaryadka da saxlamır.
Xahiş edirəm ki, qüsurlu telefon ya təzəsi ilə dəyişdirilsin, ya da ödədiyim 1949 manat qaytarılsın. Bu barədə KİV-ə məlumat verilsin ki, əhali telefon alanda aldanmasın”.
Nigar

0.013282060623169