Tik-tok həbsə səbəb oldu

Tik-tok həbsə səbəb oldu
 

Tik-tok sosial şəbəkəsində yayılan video 4 nəfərin saxlanılmasına səbəb olub.

Sabunçu rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları toy karvanında avtoxuliqanlıq faktı ilə bağlı araşdırmalara başlayıb.

Araşdırma nəticəsində Məhəmməd İsayevin idarə etdiyi 90-XO-618 dövlət nömrə nişanlı "Niva", Sadiq Hadıyevin idarə etdiyi 10 -GT-150 dövlət nömrə nişanlı "VAZ 2106", Həsən Rahibzadə idarə etdiyi 10-ND-286 dövlət nömrə nişanlı "VAZ 2103" və İsrail Babayev idarə etdiyi 01-BA-631 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillər saxlanılıb. Məhkəmənin qərarına görə sürücülər 20 gün həbs edilib.

Daha öncə, 25 oktyabr tarixində Bakıda dini toy karvanı təşkil edən 16 avtoxuliqan saxlanılmışdır.
Akif Nəsirli

0.027603149414062