İran-Azərbaycan komitəsi yaranacaq

İran-Azərbaycan komitəsi yaranacaq
 

Paralel az xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib: "Tehran-Bakı münasibətləri müsbət qonşuluq əlaqələri məcrasında davam edir".

Nazirin sözlərinə görə, bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin mühüm olan odur ki, hər iki tərəf qarşıya çıxan maneələri dəf etmək üçün ciddi iradəyə malikdir.

Hüseyn Əmir Abdullahian qeyd edib ki, həmkarım, cənab Ceyhun Bayramov və mən iki ölkə adından münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələrimizi və məsləhətləşmələrimizi davam etdiririk: "Bu kontekstdə biz ictimai və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılması barədə razılığa gəldik".
“Biz qonşularımızı özümüzə qohum hesab edirik və qohumluq münasibətlərini tənzimləyən prinsipləri yüksək qiymətləndiririk” –deyə nazir əlavə edib.
Akif Nəsirli

0.011950016021729