Mən kimin qapısını döyüm?
Gənclər niyə evlənmək istəmirlər?
Paralel.az xəbər verir ki, Azərbaycan rəsmiləri ölkəmizdə demoqrafik vəziyyətin normal olduğunu bəyan edirlər. Amma, bugün mənə yaxınlaşan gənclər isə bu fikirlə əsla razılaşmırlar. Onlar hesab edir ki, həmin statistikanın heç bir əsası yoxdur. Ölkəmizdə evlənənlərin sayının azalması, boşanma hallarının isə günü-gündən artması faktı da, bunu sübut edir. Gənclər hesab edir ki, Azərbaycanda tək uşaqlı ailələrin artması da, ölkədə sosial təminatın çox aşağı səviyyədə olması ilə bağlıdır. Ayda 500-600 manat maaş alan gənclərin belə, evlənməməsinin səbəbi maddi təminatsızlıqla bağlıdırsa, onda daha aşağı maaş alanlar nə etməlidirlər?
«Ayda 600 manat maaş alıram, onun 300 manatı ev kirayəsinə və kommunal xərclərin ödənməsinə gedir. Mən kimin qapısına gedim deyim ki, qızınızla evlənmək istəyirəm». Gənclər sual edirlər ki, bu vəziyyət nə vaxt düzələcək, yaxud ümumiyyətlə düzələcəkmi?
Azərbaycan hökuməti bütün müqayisələri Avropanın inkişaf etmiş ölkələri ilə (oradakı qiymətlərlə, yəni orada qaz bu qiymətədir, su belə, işıq elə və s.) apardığı halda, maaş məsələsində qaçır Afrika
cəngəlliklərində yaşayanlarla müqayisəyə.
Mən bundan başqa cavab bilmlrəm, bilən varsa bizədə yazsın.
Y.Seyid