Məhəmməd Əmin yadigarı ...

Məhəmməd Əmin yadigarı ...
 

Böyük Öndərin nəslinin davamçısı Rəis    bəyin 75 yaşı tamam oldu.

 

Türkün sevimlisi, göz bəbəyisən,

Çünki kamil, nurlu gələcəyisən.

Müəllif

 

Ömür yolun düşdü eniş-yoxuşa,

Çox türyanlı yaya, boranlı qışa,

Axır gəlib çatdın yetmiş beş yaşa,

Sənə kömək olsun hər zaman Xuda,

Şükür, yaman günlər qaldı arxada.

 

Baban Əmin bəyin yadigarısan,

Atan Azər bəyin iftixarısan,

Dostların yenilməz dağ vüqarısan,

Canı gümrah yüz yaşına çatasan,

dərdi-sərin var, tamam atasan.

 

Sürgünə, qürbətə meyil salmadın,

Orda şirin xəyallara dalmadın,

Vətəndə qalmağa evi olmadın,

Uzun müddət zirzəmidə yaşadın,

Hər rəsminlə Vətəninə oxşadın.

 

Hər rəsmində möcüzələr yaratdın,

Mənəm-mən deyəni arxaya atdın,

Qaranlıq zülmətdən zirvəyə çatdın,

Fitrətinlə, qüdrətinlə Rais bəy,

Gözəlliyə heyrətinlə Rais bəy.

 

Hey ucal saf eşqin, saf niyyətinlə,

Vətənə tükənməz məhəbbətinlə,

İnsanlıq əzminlə, cəsarətinlə,

ürək sındırdın, qəlbə dəydin,

şan-şöhrətə başını əydin.

 

Hər xoşbəxt saniyən, hər xoşbəxt anın,

Havası dərmanın, torpağı canın,

Azərbaycanındır, Azərbaycanın!!!

Sən onun ən fəxri vətəndaşısan,

Ömrün boyu haqzıslığa qarşısan.

 

Sən Tanrının çox sirrindən agahsan,

Sən Oğuz Türkünə ümid, pənahsan,

Sən Osman Qazisən, sən Nadir şahsan,

Nadirini Osmanınla gənəşdir,

Osman desin: “Turan parlaq Günəşdir”.

 

Yaşa hər rəsminlə, əbədi yaşa,

Ürəklər sevindir, könüllər oxşa,

Bir daha görməyək Vətəni qoşa,

Çək Oğuz Türkünün birlik rəmzini!!!

Yarat Bütöv Azərbaycan rəsmini!!!

 

Möhtəşəm Təbrizi paytaxtım elə,

Sevindir hər Türkü bu rəsmin ilə,

Onda şair könlüm dönər bülbülə,

Coşub-daşar, bulaq kimi çağlayar,

Ötüb keçən zamanı da saxlayar.

 

Onda qorxub çaşıb yıxılmaram da,

Onda itib-batmış çıxılmaram da,

Yer qalxmaz, göy enməz sıxılmaram da,

Yeri , göyü saxlayaram dost,

Yalnız haqqa ümid bağlayaram dost.

 

FƏZAİL İSMAYIL BÖYÜKKİŞİ

5.7652261257172