Vətən sevgisi ilə rəşadət
zirvəsindən boylanan igid

Vətən sevgisi ilə rəşadətzirvəsindən boylanan igid
 

Vətənə bağlılıq, onu hər şeydən müqəddəs tutmaq Orxan Sədail oğlu Babayevin qanına ana südü ilə birgə hopmuşdu. Elə Orxanı şəhidlik zirvəsinə ucaldan da bu ilahi sevgi oldu. Vətən çağıranda şirin canını onu yolunda əsirgəmədi. Ona olan sevgisini sübut etmək üçün yağı düşmənlə son nəfəsinə qədər qəhrəmanlıqla döyüşüb 26 yaşında ölümü ilə ölməzlik qazandı.

Orxan Babayev 1994- ildə Astara rayonunun Lovayın kəndində dünya göz açanda Vətən torpaqlarının 20 faizi düşmən tapdağında idi. Saf, duru insanlardan görüb-götü-rən Orxan həyatı dərk edən gündən birinci amalı doğma Azərbaycan naminə əlinə silah alıb döyüş meydanında murdar, fitnəkar erməni vandallarını əzmək olur.

2013- ildə Orxanın əsgərlik yaşı çatır. Milli Ordu Sıralarında Vətənə sədaqətlə xidmət edir, əzmlə, cəsarətlə onu qoruyur. Həm son dərəcə ağıllı, mərd, cəsur bir gənc kimi tanınır. Köksündə qəhrəman ürəyi döyünə Vətən sevdalısı cəbhə xəttində Azərbaycan torpaqlarına göz dikən yağı düşmənlə dəfələrlə üz-üzə gəlir. İgid əsgər onlara öz gücünü yaxşı göstərir. Orxanın əsgər yoldaşlarına ən çox dediyi sözlər bu olur: ”Biz qüdrətli bir xalqın övladlarıyıq, düşməni əzib, tezliklə Vətən torpaqları azad edəcəyin”.

Beləcə qəlbi düşməndən qisas almaq eşqi ilə döyünən Orxan əsgərliyini üzüağ başa vurub kəndinə qayıdır. Məqamı çatanda isə Vətənə məhəbbət onu yenidən Qarabağın azadlığı naminə döyüş meydanına çağırır. Bu amala da həyatını hərbiyə bağlayır. Baş çavuş rütbəsində atıcı-qumbaraatan kimi xidmətə davam edir. Düşmən tapdağında olan müqəddəs Qarabağın azadlığı naminə hərbiçi sənətinə -kəmməl yiyələnir. Təlim məşqlərində həmişə fərqlənir sözün əsl mənasında Vətənin müdafiəsinə tam hazır, düşmənin üzərinə gedəcəyi günü gözləyir.

İkinci Qarabağ müharibəsi başlanan gündən OrxanTəki Vətən yaşasındeyib döyüş meydanına girir, zəfərimizə bir gün qalmış Şuşa şəhərində şəhidlik zirvəsinə ucalır. Qəhrəman Vətən oğlu çox ölüm-dirim savaşın qalibi olur. Hər qarış torpaq uğrunda şücaət göstərir, düşmənin belini qırır. Onun cəsarəti, igidliyi əsgərlər arasında da qələbəyə inam hissi yaradır.

Vətənin çətin günündə canını ona qurban verməklə Astara elinə şərəf gətirən Orxan indi rəşadət zirvəsindən gələcəyə boylanır. Boylanır ki, ömür-günümüz Vətən sevgisi ilə daha əzəmətli olsun. Məhz buna görə xalq öz qəhrəman oğlunu ürəyində yaşadır. Ölümündən sonra dövlət tərəfindən layiq görüldüyüŞuşanın azad olunmasına görə”, “Vətən uğrundamedalları Orxanın torpaq naminə göstərdiyi igidlikdən gələn nəsillərə canlı bir nümunədir.

 Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

0.013140916824341