Astarada etiraz aksiyası

Astarada etiraz aksiyası
 

Paralel.az xəbər verir ki, Güney Azərbaycanın sərhədyanı Astara şəhərində etiraz aksiyası keçirilib.

Astara sakinləri Gilan vilayətinin Yol və Şəhərsalma İdarəsinin önünə toplaşaraq evlərinin sökülməsinə etiraz ediblər.

Onlar daha öncə İranın Kənd Təsərrüfatı Nazirliyi və başqa səlahiyyətli qurumlarının rəsmi sənədi ilə aldıqları evlərin Kənd Təsərrüfatı, Yol və Şəhərsalma nazirlikləri arasında yaranan ixtilaflar nəticəsində söküldüyünü bildiriblər.
Akif Nəsirlu

0.013837099075317