Nəqliyyatda güzəştli kartlar tətbiq oluna bilər.

Nəqliyyatda güzəştli kartlar tətbiq oluna bilər.
 

Paralel.az xəbər verir ki, nəqliyyatda tətbiq edilməsi nəzərdə tutulan güzəştli kartların tətbiqi məqsədilə hazırlanan layihələrin əsas məqsədi Bakı Nəqliyyat Agentliyinin paytaxtın əlçatanlığı, təhlükəsizliyi və mobilliyi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə dəstək olmaqdır.

Güzəştli kartlar əsasən 3 hissədən ibarət olacaq:
Sosial kartı - bu kartlardan sosial baxımdan həssas əhali qrupuna aid olan vətəndaşlar, fiziki məhdudiyyətli insanlar, işləyən təqaüdçülər, yaşa görə pensiya alan vətəndaşlar istifadə edə bilər.
Tələbə kartı - bu kartlardan Universitet, Akademiya və Kollecdə təhsil alan tələbələr istifadə edə bilər
Premium kartı - bu kartlardan gündəlik işə, gəzməyə və ölkəyə səfər edən turistlər istifadə edə bilər

Kartların üstünlükləri aşağıdakılardan ibarətdir:
Sərnişinlərin büdcəsinə uyğun olması;
Sərnişinlərin ictimai nəqliyyat vasitələrinə üstünlük vermasinin artması;
İctimai nəqliyyatdan limitsiz istifadə;
Sərnişin gün ərzində karta pul yükləmək və balans artırmaq narhatlığından azad olurlar;
Sərnişindaşımada Avropa səviyyəsinə uyğunlaşdırılır.
Akif Nəsirli

0.0099921226501465