"Gücləndirici" dozalar üçün yaş həddi qaldırılacaqmı
Paralel.az Report.ge-ya istinadən xəbər verir ki, Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, koronavirus peyvəndinin "gücləndirici" dozasının qəbulu üçün yaş həddi qaldırıla bilər.
“Yaşı 50-dən yuxarı olan hər kəs, eləcə də xroniki xəstəlikdən əziyyət çəkən insanlar ikinci peyvənddən 6 ay keçibsə, bu gün peyvənd mərkəzinə müraciət edə bilər. Siz eyni peyvəndlə peyvənd etdirə bilərsiniz və ya üçüncü gücləndirici doza "Pfizer" ilə verilə bilər. .Əgər insanın müşayiət olunan xəstəliyi varsa, hər yaşda olan insanlar üçün "gücləndirici" doza tövsiyə etməyi düşünürük ", - Tamar Qabunia bildirib.
Akif Nəsirli