Vəli bəy Yadigarov - 124

Vəli bəy Yadigarov - 124
 

Bu gün üç ölkə ordusunun zabiti olmuş ömrünün sonunda yaşamaq üçün yükdaşıyan.sonra isə  fəhləlik etmiş  Yadigarovlar nəslinin ən görkəmli nümayəndəsi "Borçalının sonuncu şahzadəsi" azərbaycanlı hərbçi Vəli bəy Yadigarovun doğum günüdür. O,  Azərbaycan hərb tarixində misilsiz izlər qoyan Yadigarov ailəsinin ən nakam taleli üzvü, Cumhuriyyət ordusunun zabitlərimizdən biri  olmuşdur 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olmuşdur  Vəli bəyin atası Sadıq bəy, anası isə polşa tatarı  olan Olqa Kroçibaşova idi.
Onun hərbdə xidməti  Rusiyanın əlahiddə Qafqaza korpusunda xidmətdən başlayır. Oktyabr inqilabından sonra 1918-ci ildə Bakıya gəlir və AXC ordusunda  Şəki Süvari Eskadron komandiri kimi vuruşur Ümumiyyətlə bu nəslin 8 nümayəndəsi AXC ordusunda şərəflə döyüşüblər .
1920-ci ilin martında ermənilər Şuşa, Laçın, Xankəndi. Xocalı,  Əsgərəna hücum edəndə Azərbaycan ordusu tərəfindən geri otuzdurulur. Vəli bəyin eskadronu böyük qəhrəmanlıq göstərir. Azərbaycanın Rusiya tərəfindən işğalından sonra belə ölkəni tərk etməyərək 1920-ci ilin yayaında məşhur Gəncə üsyanında iştirak edir. Lakin üsyan  tezliklə yatızdırılır və  Vəli bəy hərbi hissəsi ilə mübarizəsini Gürcüstanda davam etdirir.Lakin buradakı üsyanlar da söndürüldükdən sonra Türkiyəyə keçməyə məcbur olur
Lakin burada maraqlı hadisə baş verir. O, Türkiyə -Rusiya münasibətlərində yaxınlığa görə Türkiyə Ordusunda vuruşmaqdan imtina edir və qardaşı ilə birlikdə Rumıniya, oradan da sonradan həm Almaniyaya və həm də Rusiyaya qarşı Polşa ərazisində vurşmağa başlayır
Burada maraqlı bir qeydi unutmamaq gərəkdir .Belə ki. o zamanlar  mühacirətdə olan  Məmməd Əmin Rəsulzadə Polşa hökumətinin başçısı marşal Yozef Pilsudskiyə ünvanladığı 1923-cü il tarixli məktubunda mühacir azərbaycanlı zabitlərin Polşa ordusuna qəbulunu xahiş edir və yazırdı: "Bu çox illərdən bəri bizim millətimiz arasında mövcud olan parlaq dostluq əlaqələrinin sübutuna xidmət edəcəkdir."
Marşal Pilsudski isə bu məktuba "Mənim ən böyük arzum Azərbaycan ordusunun igid zabitlərini qoruya bilmək və eyni zamanda onları bizim orduya qəbul etməkdir", deyə cavab vermişdi.
Düşünürəm ki, Vəli bəyin bu razılaşmadan  xəbərdar idi və bunun özü elə Vəli bəyin bayaq yazdığım kimi Polşada yaşamasına. vuruşmasına şərait yaradıb.
Vəli bəy Yadigar Polşaya gələndən bir neçə il sonra polyak ordusu sıralarına qoşulur və hərbi təhsil alır. Bu illərdə tanış olduğu polyak qızı Vanda Eminoviçlə evlənir, hərbi akademiyanı bitirir və müxtəlif hərbi vəzifələrdə çalışır. 1934-cü ildə mayor rütbəsinə yüksəlir,
Maraqlı fakt ondan ibarətdir ki, marşal Pilsudski Qafqazdan gələn zabitləri şəxsən özü diqqətdə saxlayırdı. Qeyd etdiyimiz təsadüfi görüşdən əlavə Vəli bəy Pilsudski ilə daha iki dəfə də görüşür. Türkiyədən Polşaya gələn nümayəndə heyətini qarşılamaq üçün marşala tərcüməçi lazım olur, Pilsudki "o türkü çağırın gəlsin", deyir. Həmin türk isə Vəli bəy Yadigar idi.!
1940-cı ildə Polşada "Polyak Xalq Ordusu"na bağlı "Jelen",yəni "Maral "alayını yaradır Özü isə "Damazy" adı ilə tanınmağa başlanır və  həyat yoldaşı ilə  gizli fəaliyyətə başlayır həyat yoldaşı bir çox sənədləri .əşyaları uşaq arabasında daşıyırmış Bu vaxt onların Züleyxa adında qızı dünyaya gəlmişdi.
Onun hərb tarixçəsində Polşanın hətda alman qoşunları tərəfindən işğalı zamanı əsir düşməsi .lakin almanların onun polyak olmadığını görüb azad edilməsi də var !
2-ci dünya müharibəsində "Polyak Xalq Ordusu" Almaniya və Rusiyaya qarşı mübarizə aparırdı Lakin çox çəkmir ki .dediyim kimi Polşa SSRİ ordusu tərəfindən işğal olunur və Vəli bəy alayı buraxır .özü isə ölkəni ailəsi ilə birlikdə  İngiltərəyə köçməklə tərk edir Lakin SSRİ DTK-ninizlənildiyini hiss edərək  burada  çox qalmır və o, daha uzaq ölkəyə Tanqonun vətəni Argentinaya köçməli olur .O,"Polşa və Qafqaz münahacirlər cəmiyyəti"nin yaradıcısı olmaqla fəal üzvü olmuşdur 
Günlərin birində həyat yoldaşı vəfat edir...Səməd Vurğunun "Ehtiyac qul edər qəhrəmanı da "şerindəki sətirlər həqiqi reallığını göstərməyə başlayır  Vəli bəy özünü və qızını dolandırmaq üçün  yükdaşıyan işləməyə məcbur olur, sonra isə bir fabrikdə fəhlə kimi işə düzəlir. ..
Və nəhayət ölüm saatı yaxınlaşır və o, 1971-ci ildə Bueynes -Ayres şəhərində 3-cü infarktdan sonra vəfat edir.
....Vəsiyyətində Polşada dəfn edilməsini istədiyi üçün 1990-cı ildə Polşa hökuməti tərəfindən   xüsusi təyyarə reysi vasitəsi ilə  özünün və həyat yoldaşının cənazəsi Varşavaya gətirilərək burada müsəlman -tatar qəbiristanlığında dəfn olunur.
...Polşa hökuməti məzarının üzərində polyak dilində "Borçalının sonuncu şahzadəsi" yazdırır  Məzarı başında yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır.. Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. Cənazə üzərində müsəlman ayinini Varşava və Belastok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra etmişdir. Dəfn mərasimində mərhumun qızı — Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuşdur Və deyilənə görə  hazırda milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır.
2017-ci ildə qədirbilən Polşa hökuməti tərəfindən Süleyman bəy Sulkeviç və Vəli bəy Yadigarovun şərəfində abidə ucaldılır
Bu gün tək təskinliyimiz odur ki, hər iki tərəfdən də bu çətin dövrdə müxtəlif fədəkarlıqlar edərək təkcə öz ölkəsini düşünməyən və özünə bənzər taleyi yaşayan digərlərinə də yardım edən unudulmaz fərdlər olub.
Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var.
Azərbaycan knyazı Vəli Bəy Yadigarov kimi...
Allah rəhmət eləsin...

Araşdırmaçı jurnalist Baba Allahnəzərov

0.017920017242432