Erməni nazir yolu dalana dirənən ölkəsinin Gorus-Qafan yolundan imtina etməyəcəyini iddia edir

Erməni nazir yolu dalana dirənən ölkəsinin Gorus-Qafan yolundan imtina etməyəcəyini iddia edir
 

Paralel.az xəbər verir ki, ermənilərin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Gorus-Qafan yolundan imtina etməyəcəklərini bəyan edib.

Xəbərə görə, 20 gün əvvəl Qafana səfər edən nazir belə deyib: “Əvvəlcə Tatev-Ağvani yolu ilə Kapana getdim, çünki bu yolun vəziyyətini görməli idim. Lakin oradan M2 Qoris-Kapan magistral yolu ilə qayıtdım.

Biz bu yoldan əl çəkməyəcəyik, iki hissəni çıxmaq şərti ilə bu, bizim yolumuzdur, amma onun belə olub-olmamasını delimitasiya və demarkasiya prosesi göstərəcək.

Qalan işlərə gəlincə, biz eyni vaxtda Tatev-Ağvani yolunu çəkmişik, Şurnux, Vorotan və Bərdzrəvana ayrıca yollar çəkirik. Gələcəkdə heç bir problem olmasın deyə, dolama yolun problemli döngələr olan hissələri tikməyi düşünürük”.

Nigar

0.010645866394043