İranın neft tankerinə hücum

İranın neft tankerinə hücum
 

Paralel.az-ın.məlumatına görə, İran Ordusundan bildirilir ki, Ədən Körfəzində İran neft tankerini qoruyan qrupla quldurlar arasında silahlı qarşıdurma baş verib.

İran Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına əsasən bildirilir ki, Ədən Körfəzində silanlanmış bir qrup şəxsin yer aldığı şübhəli gəmi İran neft tankerinə yaxınlaşdıqdan sonra tankerin müdafiə qüvvələri ilə silahlı quldurlar arasında gərgin anlar yaşanıb.

Məlumatda qeyd edilir ki, silahlı qrup atışmadan sonra gəmini tərk edərək hadisə yerindən uzaqlaşıblar.
Akif Nəsirli

0.01485800743103