Bakı beynəlxalq mukafat aldı

Bakı beynəlxalq mukafat aldı
 

Paralel.az xəbər verir ki, Bakı şəhəri turizm sahəsi üzrə beynəlxalq mükafata layiq görülüb. Bu haqda Dövlət Turizm Agentliyi məlumat yayıb.

“Uzakrota” platformasının keçirdiyi müsabiqədə Azərbaycanın paytaxtı İstanbul və Amsterdamı qabaqlayaraq “Dünyanın Aparıcı Turizm Destinasiyası Şəhəri” nominasiyasının qalibi olub.

Tədbirdə 53 kateqoriya üzrə mindən çox fərqli turizm təsisatları iştirak ediblər.

11 ildir fəaliyyət göstərən “Uzakrota” platforması Türkiyənin səyahət və işgüzar tədbirləri üzrə aparıcı tədbiqlərindən biridir. O, 2018, 2019 və 2020-ci illərdə fərqli platformalar tərəfindən dünyanın ən nüfuzlu tədbiqlərindən biri seçilib.
Akif Nəsirli

0.013098001480103