“Zəfər bağı”nda son tamamlama işləri aparılır!

“Zəfər bağı”nda son tamamlama işləri aparılır!
 

Paralel.az xəbər verir ki, Nəsimi rayonunda inşa olunan “Zəfər bağı”nda son tamamlama işləri aparılır. Bu haqda Nəsimi Rayon İcra Hakimiyyəti məlumat verib.

Oktyabrın əvvəlində Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi 21 ünvanındakı parkların birində başlanan əsaslı təmir və yenidənqurma işləri sona çatmaqdadır. Hazırda əraziyə qazon döşənilir, mövcud yaşıllıqlar bərpa edilir, mövsümi gül-çiçəklər əkilir və yeni oturacaqların yerləşdirilməsi istiqamətində işlər aparılır.

“Zəfər bağı” parkı Vətən müharibəsində iştirak etmiş şəhidlərin əziz xatirəsinə salınıb.
Akif Nəsirli

0.012354850769043