Polis metroda maska reydi keçirdi
Paralel.az xəbər verir ki, Bakı Metropolitenində koronavirusa yoluxma hallarına qarşı nəzarət tədbirləri artırılıb. Bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə mülki geyimli polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri tətbiq olunur.
"Hərəkət iştirakçılarını qaydalara əmələ etməyə çağırırıq. Tədbirlər fasiləsiz davam etdiriləcək" - deyə, nazirlik nümayəndəsi qeyd edib.
Akif Nəsirli