Ermənilər sərhəddi müəyyən edən xəritədən narahatdır
Paralel.az xəbər verir ki, Ermənistanın hakim partiyasının üzvü Andranik Koçaryan Rusiya prezidenti Vladimir Putinin oktyabrın 21-dəki çıxışına cavab olaraq bildirib:
"Azərbaycanla sərhədlərin delimirasiya və demarkasiyası prosesinin əsasında aparılacağı xəritə tək Rusiya tərəfində deyil, Ermənistanda da var".
Qeyd edim ki, Putin çıxışında bildirmişdi ki, sərhədlərin müəyyən edilməsi prosesi Rusiyanın iştirakı olmadan mümkün deyil, çünki xəritələr Rusiyada Baş Qərargahdadır.
Görünür Andranik Koçaryan erməni cəmiyyətini sakitləşdirmək üçün mesaj verir ki, narahat olmayın, sərhədlərin necə müəyyənləşəcəyi barədə hökumətdə də məlumat var və bu Ermənistanın.mənafelərinə uyğundur.
Akif Nəsirli