O, elmin Vətən üçün nə olduğunu anlayır...

O, elmin Vətən üçün nə olduğunu anlayır...
 

Aslan İsmayılov yazır:

Tanıdığım çoxlu sayda vicdanlı, həqiqi alimlər var. Onların arasında xüsusi hörmət bəslədiyim professor Əbülhəsən Abbasov və professor İdris Abbasovdur. Hər ikisi ömürlərini elmə həsr etsələr də öz layiqli qiymətlərini almayıblar, ona görə ki, vicdanlıdırlar, ədalətlidirlər, işbaz –alim yox, həqiqi elm adamlarıdırlar. Elmin Vətən üçün nə olduğunu anlayır və fədakarcasına ömürlərini bu yola həsr edirlər.

Ən azı son 3 ili AMEA-nın Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris müəllimin facebook səhifəsini izləyirəm. İdris müəllim yazılarında ölkənin 1 nömrəli «elm ocağı»nda milyonların oğurlanmasını faktlarla göstərir və konkret cinayət əməllərindən təkrar-təkrar yazır. AMEA-dakı akademik, professorların sanki eşitmə, görmə problemləri var. Cıqqırlarını belə çıxardan yoxdur çünki, həmin cinayətlərə çoxları şərikdirlər.

Buradan bir daha gündə bir xırda-para adamları tutub korrupsiya ilə mübarizə apardıqlarını elan edən Baş Prokurorluğa müraciət edirəm. Heç olmasa o yazıların birini araşdırın və görün ki, elm ocağında nələr baş verir. Axı elm ocağı ilə Sədərək bazarının bir fərqi olmalıdır!

Şahnaz, Paralel.az

0.027607917785645