Deputatlar, ay deputatlar
Bir sağa, sola bax, sonra danış da bə!
Paralel. az xəbər verir ki, son zamanlar bəzi deputatlarımız, sadəcə olaraq gündəmdə qalmaq xatirinə çıxış edirlər. Bununla belə, açıq etiraf etmək lazımdır ki, Azərbaycan parlametində xalqın sosial-siyasi sifarişini hökumətə çatdıra biləcər bir millət vəkili belə yoxdur. Bunun əsas səbəbi də, onların xalqın səsi ilə deyil, kimlərinsə istəyi, yaxud təqdimatı ilə deputatlığa təyinat almalarıdır. Korona virusuna qarşı peyvənd olunmanın dünyanın hər yerində könüllü olduğu bəyan edilsə də, sonradan könüllü-məcburetmə formasından daha geniş istifadə olunmağa başladı. O cümlədən də, Azərbaycanda.
Parlamentdə çıxış edən, ixtisasca hüquqşünas olan deputatlarımızdan biri isə təklif edib ki, kim korona virusa qarşı peyvənd olunmayıbsa və bu virusa yoluxarsa onun müalicəsi pullu olmalıdır.
Ancaq, o şəxs deputat olsa da, deyəsən Azərbaycanda yaşamır axı. Azərbaycanda yaşasaydı, bilərdi ki, bu məmləkətdə onsuz da, heç kimi pulsuz müalicə etmirlər.
Seyid