Təhsilin bazar olduğu ölkə…

Təhsilin bazar olduğu ölkə…
 
Paralel.az xəbər verir ki, «Ali təhsil haqqında» qanunda tələbələr üçün təhsil kreditlərinin verilməsi qaydaları öz əksini tapıb.
Bu gün Azərbaycanda əhalinin kasıb təbəqəsi onsuzda kredit borcları məngənəsində boğulur. Ölkəmizin bank sektorunda mövcud olan problemli kreditlər də, bunun bariz göstəricisidir. İndi də, həyata yenicə vəsiqə alan tələbələrin kredit boyunduruğuna salınması prosesunə start verildi.
Bir müddət əvvəl imkansız bir tələbənin törətdiyi yol qəzasında ölən və yaralananlar da, bu qanuna qol qoyanlara dərs olmadı ki, tələbənin ən ümdə vəzifəsi oxumaqdır. Tələbə təhsil haqqı, təhsil kreditləri kimi problemlərin həlli ilə məşğul olmamalıdır. Hər il olduğu kimi, bu il də yüzlərlə tələbə adını qazanan gəncin, məhz maddi imkansızlığı üzündən təhsildən kənarda qalması da, onu deməyə əsas verir ki, TƏHSİLİ BAZARA ÇEVİRMƏK OLMAZ!
Heç cür anlaya bilmirəm ki, təhsil də pulla, kreditlə olarmı? İLAHİ! Əgər mən kasıbamsa (buna səbəb isə çalışan insanların belə, bu məmləkətdə normal əmək haqqı ilə təmin olunmamasıdır), bu o deməkdir ki, mənim övladlarım təhsil aılmaq hüququndan məhrum olmalıdırlar?
Amma bir arayıb-arışdırsanız görəcəksiniz ki, bu qanunu qəbul edənlər, onların ata-babaları əkinçi, fəhlə olduqları halda «xalqlar həbsxanası» adlandırdığımız sovet rejimi dönəmində pulsuz-parasız oxuyaraq bu mənsəbə çatıblar. Sovetlər sistemi çökən kimi isə əllərindəki səlahiyyətlərindən istifadə edərək, xalqdan taladıqlarının hesabına oldular milyonçu və xalqa qənim kəsildilər.
Hesab edirəm ki Azərbaycanda, ümumiyyətlə pullu təhsil sistemi ləğv olunmalıdır. Pullu təhsil o ölkələrdə olur ki, orada insanların həmin xərcləri ödəmək imkanları var. Yoxsa, kreditlər az idi, biri də bu yandan çıxdı!
Yusif Seyid
0.045728921890259