İranlılar səfalətin səbəbini nədə görür?

İranlılar səfalətin səbəbini nədə görür?
 

Paralel.az-ın məlumatına görə, "Gamaan" İnstitutunun keçirdiyi sorğunun nəticəsi göstərir ki, İran iqtisadiyyatının bugünki vəziyyətinin əsas səbəbi korrupsiya və hökumətin səriştəsizliyidir.

"Gamaan" Təşkilatının apardığı son sorğunun nəticələri göstərir ki, İran əhalisinin 86.2%-i ölkə iqtisadiyyatının hazırkı vəziyyətə ən çox korrupsiya və hökumətin səmərəsizliyi nəticəsində düşdüyünü düşünür. Sorğunun nəticəsinə görə, habelə siyasi meyllər arasında da İslam Respublikasının devrilməsi ən populyar versiya olaraq görünür.

Hollandiyada fəaliyyət göstərən "Gamaan" institutu sorğu çərçivəsində toplam 23 mindən çox insandan məsələ ilə bağlı fikir soruşub ki, onların da 20 min 97 nəfəri İran vətəndaşları olub.

Habelə sorğu nəticəsində, 9.7% insan məlum vəziyyətin əsas səbəbinin sanksiyalar və xarici təzyiqlərdən qaynaqlandığını, 4%-i isə doğru cavabı bilmədiyini deyib.
Akif Nəsirli

--

0.050395965576172