Asəf Zeynallı -89

Asəf Zeynallı -89
 

Bu gün son əsərini xəstəxana divarına yazan və xristian qəbiristanlığında dəfn olunan  dahi Azərbaycan bəstəkarı Asəf Zeynalabdin oğlu Zeynallının haqq dünyasına qovuşduğu gündür. Asəf Zeynallı 1909-cu ildə Dəmirqapı Dərbənddə, ailəsini ağır zəhmətlə dolandıran bağban Zeynalabdin Zeynallının ailəsində dünyaya göz açıb. Qarmonçalan və xalq musiqisini gözəl bilən anası Əsbənd xanım şəhərdəki fabriklərin birində toxucu işləyir, ailənin dolanışığına kömək göstərirdi. Asəf onun  üçüncü-sonbeşik oğul olub.
Hamımızın işləri sabaha, ya da elə son günə saxladığı olur...Bu zaman soruşanda deyirik ki ,"son günə hazırlaşıram". Bir çoxları həmin gündə son vəsiyyətini edir, böyük insanlar isə gələcəyə ünvanlanmış son sənətlərini qoymuş olur və bununla da dünyada tarixə düşürlər. İnsan taleyi çox qısadır... Lakin böyük insanlar yaradıcı şəxslərin son anda istifadə  etdiyi üsullar özünəməzsusluğu ilə heyranlıq doğurur Məsələn. məşhur fransız riyaziyyatçı Evarist Qalua dueldən əvvəl 18 saat ərzində bütün bildiklərini 18 vəqəqlik dəftərə köçürür və Evaris Qalua  qanunu ilə  tarixə düşür.
...Elə bizim bu gün söz açdığımız vunderkind bəstəkarımız Asəf Zeynallının ömrünün cəmi 23 ilindəki yazıb yaratdıqları da bu qəbildəndir. 16 yaşından müntəzəm yaradıcılığa başlayan bəstəkar geriyə qalan 7 illik ömrünə xarüqələr sığışdıra bilib. Və nə yaxşı ki, işlərini sabaha saxlayanlardan olmayıb.
...Azərbaycan musiqi tarixində ilk romans Asəf Zeynallının adıyla bağlıdır. Bu məqamda bir şeyi də xatırlatmaq maraqlı olardı ki,  23 yaşlı bəstəkarın ömrü məşhur  "Ölkəm"romansının sözlərinin müəllifi  Cəfər Cabbarlı ilə eynilik təşkil edir .Belə ki,  ölümü  bu gün də naməlum qalan Cəfərin də ömrü qısa olaraq  35 il davam etmişdi.
Günlərin birində Asəfin halı pisləşir. Diaqnozsa qorxulu olur - yatalaq! Gənc bəstəkar müalicə üçün (əslində, ölmək üçün) Bakıya dönür...
Divar yazıları məni həmişə maraqlandırıb. Çoxunun müəllifi bəlli olmayan qeydlər, cümlələr, üsyanlar... Ümumiyyətlə, mətn həmişə maraqlıdır. Ən istedadsızı belə özündə müəllifinin ruhunu, taleyini daşıyır. Məsələn,Bəstəkar Müslüm Maqomayev öz həyat yoldaşına məktubları ağac yarpağında yazarmış...
Doğrudur, insanlar həbsxanada olarkən də zindanlarda son sözlərini yazardılar ...
Bəs xəstəxana divarına simfoniya yazmaq necə? Bax. bunu edən  Asəf Zeynallı idi. 1932-ci ilin oktyabrında xəstəxanada ölümlə çarpışan Asəf divara son əsərini yazırdı...
Oktyabrın 27-də, yəni öldüyü gün bəstəkar cızma-qarlamanın sirrini qardaşına açır: “Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın elə divarda qalsın...”
Amma... hansısa səbəbdən Asəfin vəsiyyəti yerinə yetirilmir. Beləcə, bəstəkarın son əsəri özü kimi nakam qalır...və bu gün  bizlərə çatmadı Son simfoniyası da ömrü kimi nakam qaldı...
....Əslində, Asəf Zeynallının ölümü başdan ayağa müəmmadır. Çünki yatalaq xəstəliyi o vaxtlar artıq çox da ölümcül hesab olunmurdu. Üstəlik, paytaxt xəstəxanasında. Nəzərə alsaq ki. o zaman nə müharibə vardı, nə ucqar kənd yeriydi, nə də insan ayağı dəyməyən cəngəllik.((  Bütün bunlara baxmayaraq bu qaranlıq məqamlara, suallara, müəmmalara rəğmən qarşımızda ağrılı fakt var: Azərbaycan musiqi tarixinin ən istedadlı nümayəndələrindən olan Asəf Zeynallının bu dünyadakı ömrü çox erkən - 23 yaşında qırıldı...
Düşünmürəm ki, onun ölümünün sifarişçisi Moskva olub. Çünki onun haqqında bu mənada həmişə yaşıl işıq olub. O zaman  SSRİ mətbuatında da bəstəkara olan rəğbət açıq-aydın sezilir:
“Gənc Asəf SSRİ miqyasını adlayıb dünyaya ayaq açmaqdadır”. “C.Cabbarlının “Sevil” dramının səhnə uğurunda Asəf Zeynallının musiqisi baş rol kimi səslənir”. “A.Zeynallının bugünkü “xırdaca” taktları sabahın böyük simfoniyalarının melopostamentləri kimi görünür” - kimi sitatlar, manşetlər buna sübutdur. Bütün bunlar onu göstərir ki , onun ölümü də elə Bakıda sifariş olunub ...Məncə bu araşdırılsa ortaya çox böyük simaların çıxacağı şübhəsizdir. Onun niyə görə xristian qəbiristanlığında dəfn olunması da naməlum qalan çox mətləblərə aydınlıq gətirəcək səbəbdir .Bu Asəf Zeynallıya olan  münasibətin bir-başa  göstəricisidir . ...Əvvəlcə Çəmbərəkənddə dəfn olunan bəstəkarı sonra orda park salındığı üçün çıxarıb beynəlmiləl qəbristanlığa – “Qurd qapısı” adlanan yerə gətiriblər. Burada qəbristanlığın sağ tərəfində müsəlmanlar, sol tərəfində isə xristianlar dəfn olunub. Nə sirdirsə, Asəf bir neçə ailə üzvüylə birgə əks tərəfdə-xristianlar tərəfdə qalıb... 89 il bundan əvvəl dünyasını dəyişən, ilklərə imza atan, qürur mənbəyimiz olan Asəf Zeynallı nədən fəxri Xiyabanda dəfn olunmayıb ? Hətda xeyli zaman şəkillərinin görüntüləri belə qadağan olunub... Bunu da mı etməyə erməni mane olub ?
....Çox maraqlıdır, dahi bəstəkarın  sevimli şagirdinin parlaq istedadını aşkarlamaq üçün atdığı addımı sonradan niyə dəyişdirərək yazıblar?! Bunu kim və hansı məqsədlə edib?! Niyə Asəf Zeynallı haqqında yazılan bütün mənbələrdə hamı bir-birini təkrarlayaraq eyni  şeyi- Asəfin ciyərlərində yaranan problem ucbatından truba alətində ifa edə bilmədiyini yazıblar? Yoxsa bu, sonralar onun Qarabağda tif xəstəliyinə yoluxduğunu “asanlaşdırmaq” üçün bir vasitə idi?!
Azəf Zeynallı haqda maraqlı məqamlardan biri də onun ali təhsilini başa vurmadan məsul vəzifədə işləməsidir. A.Zeynallı həm də konservatoriyada dərs deyən ilk türk bəstəkar kadrlardan biri olmuşdur.
A.Zeynallı həm də uğurlu sintezçi idi... Yaradıcılığında Qərb musiqisini xalq musiqimizin ifadə vasitələrilə əlaqələndirərək maraqlı sintezinə nail olub, Üzeyir Hacıbəyli, Müslüm Maqomayevlə birlikdə Azərbaycan milli bəstəkarlıq üslubunun təməlini qoyub.İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxsaylı xalq mahnılarını nota köçürüb. O, xalq mahnılarını toplamaq üçün bölgələrə səfərlərdə kəndbəkənd dolaşıb mahnı toplamağa başlayıb "Alma almaya bənzər” mahnısını da nota alır
“Lay-lay”, “Günlər” pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisində yeniliklərə yol açıb. “Fraqmentlər” suitası Azərbaycan  musiqisində ilk simfonik əsərdir.
Asəf qəribə adam idi…Təzəpir məscidinin yanından keçəndə  Azan veriləndə ayaq saxlayıb xeyli fikrə gedir.sonra isə cibindən dəftərini çıxardıb nə isə qeyd eləyərək" bir vaxt lazım olar”deyir
Yenə də bir gün  güclü külək əsir, pəncərə açılır və şüşəsi gurultu ilə sınıb yerə tökülür. Asəf yataqdan qalxaraq tez bu səsi nota alır və "simfoniyamda mənə lazım olacaq" deyir
Onun sevgisi Görkəmli musiqişünas, pedaqoq, professor Kövkəb Səfərəliyeva qarşı idi...Bu sevgi o qədər güclü olub ki. xanım həyatının sonuna kimi ailə həyatı qurmur.
Nə qədər əzmlə çalışsa da “Bakı” simfoniyasının vaxtsız ölümüylə bağlı sona çatdıra bilməyib...Asəf Qarabağa göndərilən ekspedisiyadan vaxt istəmişdi; “Bakı” simfoniyasını tamamlamaq üçün. Amma onu eşidən olmadı… Asəfin ölümündən sonra arxivi tar-mar oldu… Asəf 5 il də yaşasaydı, Azərbaycan musiqisinə daha çox incilər bəxş edəcəkdi, kim bilir, bəlkə də yaşasaydı o da repressiyanın qurbanı olacaqdı.
...Musiqi kollecinin direktoru Nazim Kazımov bəstəkara aid əşyaları kollecin zirzəmisindən tapdığını, bərpa etdikdən sonra qorumaya aldığını söylədi. Elmira Zeynallı da Məmmədrza Bakıxanov kimi əmisinin arxivinin oğrlandığını dilə gətirmişdi  Asəf Zeynallının anası Əsbənd xanım özünü dövrün tanınmış musiqiçisinin aspirantı kimi təqdim edən şəxsi evə buraxdığını, Asəf Zeynallının arxivinə baxmağa icazə verdiyini danışırmış. Gedəndə isə onun bəzi yazılarını aparıb, tədqiq edib qaytaracağını desə də qaytarılmayıb....
...1932-ci il oktyabrın 27-də, 23 yaşında gözlərini əbədi olaraq yumur. Ekspedisiyadan qayıdanlardan təkcə onda yatalaq xəstəliyinin olması da çox gülməlidir
Asəfin ölümü Üzeyir bəyi çox sarsıtmışdı. Məhz dahi bəstəkarımızın təşəbbüsü ilə sevimli tələbəsinin adı  Konservatoriyaya verilir. Üzeyir bəy dünyadan köçəndən sonra Asəfin ailəsinin razılığı ilə Konservatoriyaya Üzeyir Hacıbəyovun adı verilir. Asəf Zeynallının adı isə Musiqi texnikumuna verilir. 
...Bu gün onun doğum günüdür və ona "dünyadan köçdü ""Allah rəhmət eləsin"."vəfat etdi", "dünyadan köçdü .dəyişdi "kimi heç bir söz yaraşmır
89 yaşın mübarək ...biz səninlə fəxr edirk.biz səni hər gün .hər saat eşidirik ..
Sən bizim sənətdə canını fəda etdiyin şəhidimizsən .
"Şəhidlər isə ölmürlər.onlar diridirlər"
Sözardı: 1938 -bu günü həm də  Xədicə Qayıbovanın , ilk azərbaycanlı  pianoçusunun   ölüm günüdür.
Araşdırmaçı jurnalist Baba Allahnəzərov

Paralel.az

0.026648998260498