ATU-da 5 qrup distant təhsilə keçdi
Paralel.az xəbər verir ki, Bakı Universitetlərində koronavirusa yoluxma halları davam edir.
Belə ki, Azərbaycan Tibb Universitetində 5 qrup distant təhsilə keçib. Bir müddət əvvəl isə 5 qrup artıq ənənəvi təhsili dayandırmışdır.
Bundan əvvəl, 25 oktyabr tarixində Pedaqoji Universitetdə 19 qrupun distant təhsilə keçdiyi barədə məlumatlar yayılmışdır.
A.Nəsirli