Şərəfsizlik Mənəvi aşınmanin pik həddi

Şərəfsizlik Mənəvi aşınmanin pik həddi
 
Paralel.az xəbər verir ki, ta qədim zamanlardan Türk toplumlarında insana verilən ən ağır mənəvi cəza onun »şərəfsiz» adlandırılması olub. Türkiyədə bu gün də, bu ad ölümə bərabər bir cəzadır. İnsan nə dərəcədə rəzilliyə düçar olmalıdır ki, bu adı qəbul etsin. Bu gün sosial mediada şəhid anasını aldadan, şəhid adından istifadə edərək pul yığan elə tiplərə rast gəlirik ki, onlara şərəfsizdən başqa ad vermək mümkün deyil. 
Son illər, daha doğrusu müstəqillik əldə etdiyimiz gündən ölkəmizdə mənəvi aşınmanın (deqradasiyanın) təməli qoyuldu.
Lakin şox təəssüflər olsun ki, cəmiyyət bu prosesə biganə yanaşdı. Məhz bu səbəbdən də, biz artıq mənəvi aşınmanın pik həddində olan şərəfsizlərlə, heç nə olmamış kimi yaşamaq məcburiyyətindəyik. Şərəfsizlərə qarış mübarizə təkcə hüquq-mühafizə orqanlarının, medianın işi deyil, bütünlükdə cəmiyyətin ən ümdə məsələsi olmalıdır. Biz bu cəmiyyəti şərəfsizlərə buraxa bilmərik. 
İmkanım olarsa, bu barədə «Paralel» qəzetinin gələn sayında ətraflı yazmağa çalışacağam. Bu xəbəri isə qəzəbdən doğan bir hiss kimi qəbul edin.
Yusif Seyid
0.021304845809937